Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:48

Sarkisyan: «1 mart hadisələri yenidən araşdırılsın»


Yerevanda seçki mitinqlərinin biri, 1 mart 2008
Yerevanda seçki mitinqlərinin biri, 1 mart 2008
Ermənistan prezidenti Serj Sarkisyan 2008-ci ilin prezident seçkisindən dərhal sonra baş vermiş qarşıdurmanın araşdırılmasına göstəriş verib. Bu barədə o, aprelin 20-də təhlükəsizlik qüvvələri, hakimlər və prokurorlarla görüşündə bildirib. Sarkisyan deyib ki, oz zaman təhlükəsizlik qüvvələri ilə müxalifət fəalları arasında 10 nəfərin ölümünə səbəb olan qarşıdurmanın yenidən araşdırılması Ermənistan cəmiyyətinə olduqca vacibdir:

- Bu, mənə xüsusilə vacib məsələdir. Hətta, burada yeni bir şey olmadığını fikirləşsəniz də mən işin yenidnən və daha dərindən araşdırlmasını tələb edirəm. Bu hadisənin araşdırlması üçün yeni yollar axtarın. Bəlkə, həmin hadisənin şahidləri var ki, indiyə qədər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmirdilər. Amma hamı qanun qarşsıında bərabər olmalıdır.

İndiyə qədər hakimiyyət 2008-ci ilin mart hadisələrini keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə müxalifət qüvvələrinin hakimiyyəti ələ keçirmək cəhdi kimi izah edirdilər.
Yerevanın mərkəzi, 1 mart 2008

Müxalifət isə o zaman hələ prezident olan Robert Koçaryanın dinc mitinqçilərə atəş açmaq göstərişi verdiyini deyirdi.

İndi yerli media keçmiş prezident Koçaryanla hazırkı prezident Sarkisyan arasında münasibətlərin kəskin pisləşdiyini yazır.

Sarkisyanın qalib elan edildiyi prezident seçkisinin saxtalaşdırıldığını deyən Ter-Petrosyanın tərədarları Yerevanda müddətsiz etiraz askiyalarına başladıqlarını bildirmişdilər. Bundan da dərhal sonra təhlükəsizlik qüvvələri onlara hücum edib, insan tələfatı ilə nəticələnən bu qarşıdurma baş vermişdi.

Buna görə müxalifətin 100-dən çox fəalı azadlıqdan məhrum edilmişdi. Amma etiraz askiyası iştitakçılarından səkkiz nəfərinin, təhlükəsizlik qüvvələrindən isə iki nəfərin həlak olmasına görə konkret heç kimə ittiham irəli sürlüməyib.

Yerevan qarşıdurmadan sonra, 2 mart 2008
Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Sarkisyan hakimiyyəti ilə dialoq üçün bu zorakılığın araşdırlmasını ən əsas şərt kimi irəli sürürdü.

İndi Konqres liderləri bildirirlər ki, artıq şərtlərindən biri yerinə yetirilir. Bundan sonra hakimiyyət həbsdə olan siyasi məhbusların hamısını dərhal azadlığa buraxmalı və Azadlıq meydanında mitinqlərin keçirilməsinə imkan verməlidir.

Keçən ay Konqresin siyasi məhbus saydığı adamlardan ikisini azad edib. Bununla da həbsdə qalan siyasi məhbusların sayı altı nəfərə düşüb. Hakim partiyanın təmsilçiləri onların da tezliklə azad ediləcəyini deyirlər.
XS
SM
MD
LG