Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Dünyanın ən nüfuzlu adamı kimdir?


Wael Ghonim Qahirənin Təhrir meydanında nümayişçilərə müraciət edir. 8 fevral 2011
Wael Ghonim Qahirənin Təhrir meydanında nümayişçilərə müraciət edir. 8 fevral 2011
Amerikanın “Time” jurnalı “Dünyanın ən nüfuzlu 100 adamı” adlı siyahı hazırlayıb.

Buraya əsasən dövlət başçıları, ictimai fəallar, aktyorlar, islahatçıları, araşdırmaçılar, biznesmenlər daxildir.

OnlarIn ideyaları dialoqa, debatlara səbəb olur, bəzən isə hətta inqilablara gətirib çıxarır.

Siyahının birinci pilləsində elə bir adam qərarlaşıb ki,

Bir neçə ay qabağacan onun adı çoxlarına tanış deyildi

30 yaşlı Wael Ghonim-in adı Misir hadisələri zamanı hallanmağa başladı.

“Google” şirkətinin yerli nümayəndəsi olan Ghonim bir ictimai fəal kimi ölkədəki korupsiyalaşmış və repressiv rejimə qarşı təbliğat aparırdı.

Məhz onun Facebook sosial şəbəkəsində apardığı iş nəticəsində yüz minlərlə misirli gənci prezident Mübarəkin avtoritar rejiminə qarşı səfərbər etmək mümkün olmuşdu.

Əsasən gənclərdən ibarət nümayişçilər sonda Mübarəki istefaya məcbur edə bilmişdilər.

Ghonim nümayişlərdə də tez-tez tribunada görünürdü.

Mübarək rejimi Ghonimi həbs etsə də, apardığı işin nəticəsində

Gənclər onsuz da inqilab edə bilmişdilər

Yeri gəlmişkən, qısa zamanda dünyada yüz milyonlarla insan arasında populyarlaşan Facebook sosial şəbəkəsinin yaradıcılarından olan Mark Zuckerberg da “Dünyanın ən nüfuzlu 100 adamı” siyahısının əvvəllərində - 6-cı yerdə qərarlaşıb.

“Time” jurnalının reytinqinin ikinci pilləsində Nobel mükfatlı iqtisadçı Cozef Stiqlitz qərarlaşıb.

68 yaşlı Stiqlitz Amerikanın keçmiş prezidenti Klintonun iqtisadi müşaviri olub, bundan başqa Dünya Bankında yüksək vəzifələrdə çalışıb.

O 2008-ci ildə başlanan qlobal maliyyə böhranını qabaqcadan görə bilib.

Stiqlitz bir sıra iqtisadi nəzəriyyələrin müəllifidir

Joseph Stiglitz
O, Çin, Hindistan, Braziliya kimi ölkələrin dünya iqtisadiyyatında çəkisinin xeyli artdığı indiki dövrdə artıq qlobal böhranları təkbaşına yox, qlobal düşüncə ilə tənzimləmək metodları üzərində işləyir.

Dövlət rəhbərləri arasında ən yuxarı pillədə qərarlaşan şəxs Almaniya kansleri Angela Merkeldir.

Avropanın geriləyən iqtisadiyyatı məhz onun hakimiyyətə gəlməsindən sonra – 2005-ci ildən başlayaraq yüksəlməyə başladı.

Fransa prezidenti Sarkozi ilə birlikdə o qitənin bütün gücünü səfərbər edə bilmiş, 2008-ci ildə başlanan qlobal maliyyə böhranının Avropanı çökdürməməsi üçün əlindən gələni etmişdi.

Maraqlıdır ki, dünyanın ən nüfuzlu adamları siyahısında Amerikanın birinci ledisi Mişel Obama 21-ci pillədə qərarlaşsa da, onun həyat yoldaşı – prezident Obama 100-lüyün sonuna yaxın yer alıb.

Vitse-prezident Co Bayden də prezidentdən xeyli qabaqdadır

100-lüyün 9-cu pilləsində Julian Assange qərarlaşıb. WikiLeaks saytının rəhbəri olan Assange bir neçə ay qabaq Amerika diplomatlarının gizli yazışmalarını yaymaqla böyük qalmaqal yaratdı.

Assange məxfi sənədləri yaymasını hökumətlərin şəffaflığına çalışması ilə əlaqələndirdi.

Eyni vaxtda İsveç hökuməti onu zorlamada günahlandırmağa başladı.

Assange isə bunu onu susdurmağa yönəlmiş oyun hesab edir.

Hazırda Assange İsveç hökumətilə məhkəmə çəkişməsindədir.

SİYAHI İLƏ TAM ŞƏKİLDƏ TANIŞ OL!
XS
SM
MD
LG