Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:42

ABŞ ‘itkin FTB agentinə’ görə İrana sanksiyalar elan edir


Robert Levinson
Robert Levinson

Birləşmiş Ştatlar keçmiş FTB agenti Robert Levinsonun ehtimal edilən ölümünə görə onun oğurlanmasında şübhəli bilinən iki İran kəşfiyyatçısına sanskiyalar elan edib.

ABŞ administrasiyası bildirir ki, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iki vəzifəli rəsmisi “FTB agentinin oğurlanmasında və ehtimalən ölümündə” şübhəli bilinir.

1948-ci il təvəllüdlü Levinson 2007-ci ildə İranın Kiş adasına səfər edərkən yoxa çıxıb.

Bəzi məlumatlara görə o həmin vaxt müqavilə əsasında Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləyirdi.

Birləşmiş Ştatlar Levinsonun tapılması üçün dəfələrlə Tehrana müraciət edib. İran Levinson haqqında informasiyaya malik olmadığını bildirib.

Amma Levinson yoxa çxıanda İranın hökumətə bağlı mediası keçmiş agentin “İran təhlükəsizlik xidmətinin əlində olduğunu” yazırdı.

ABŞ-da bank hesabları olmasa da

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib ki, “cənab Levinsonun taleyi İran rejiminin ədalətsiz aktlara hazır olduğunu göstərir”.

Dövlət katibi Mayk Pompeo da bu hadisə ilə bağlı bəyanat verib:

“İran rejimi əcnəbiləri və ikili vətəndaşlığı olanları oğurlamağın 41 illik tarixçəsinə malikdir”.

Dekabrın 14-də elan edilmiş sanksiyalar Məhəmməd BaseriƏhməd Xəzai kimi tanınan İran rəsmilərinə tətbiq olunacaq.

Bu da xəbər verilir ki, sözü gedən iki rəsminin ABŞ-da bank hesabları olmasa da, sanksiyalar onların İrandan xaricdə hərəkətini məhdudlaşdıracaq.

XS
SM
MD
LG