"Əl-Qaidə" qrupunun 19 üzvü 2001-ci il sentyabrın 11-də dörd sərnişin təyyarəsini qaçıraraq Birləşmiş Ştatların tarixində görünməmiş terror aktı törətdilər. Ölkənin vacib siyasi və maliyyə mərkəzlərində baş verən bu faciəvi hadisələri təşviş içində milyonlarla insan izləyirdi.