Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Ermənistanla Türkiyə Rusiyaya qanunsuz mal daşınan ölkələr arasındadır


Generic foto
Generic foto

ABŞ hökuməti şirkətləri Rusiyaya qarşı sanksiyalara əməl etməyə və bunun üçün öhdəlik götürməyə çağırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, əks halda bu, məhkəmə ilə nəticələnə bilər.

Birləşmiş Ştatların Ədliyyə və Ticarət nazirlikləri, habelə Xəzinədarlıq Departamenti bildiriblər ki, bəzi subyektlər 3-cü tərəfin vasitəçiliyi ilə Rusiyaya qarşı sanksiyalardan və ixrac nəzarətindən yayınmağa çalışırlar.

Məlumatda bildirilir ki, Çin, Ermənistan, Türkiyə və Özbəkistan kimi ölkələrdən Rusiya və ya Belarusa qadağan olunmuş malların qaçaqmalçılığı üçün istifadə olunub.

Habelə qeyd edilir ki, bu cür müəssisələr, Rusiyaya qarşı məhdudiyyətlər və sanksiyalardan yayınmaq üçün hansı taktikalara əl atıldığını bilməlidir.

Birləşmiş Ştatlar bunun qarşısını almaq üçün sərt nəzarət tətbiq etməyə çağırıb.

Latviyanın baş naziri Krişjanis Karinş də bildirib ki, Türkiyə, Ermənistan və Qazaxıstandan Rusiyaya qanunsuz yollarla mal daşınır.

"Reuters"in məlumatına görə, o bunu martın 3-də Estoniya və Litvadan həmkarları ilə görüşdən sonra bəyan edib.

Qeyd edək ki, ABŞ, Avropa Birliyi və digər tərəfdaş ölkələr, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin hüquqi və fiziki şəxslərinə qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Söhbət bank hesablarının dondurulması, viza qadağası, hüquqi və fiziki şəxslərin biznes fəaliyyətinin dayandırılması da daxil olmaqla sərt iqtisadi sanksiyalardan gedir.

XS
SM
MD
LG