-
AzadlıqRadiosunun «İz» proqramı bu sayını müğənni, əməkdar artist Ədilə Əflaki-Nəzərliyə həsr edir.
8 Mart Qadınlar Bayramı ərəfəsində efirə gedən bu proqram son 6 ildə Dövlət Muğam Teatrının solistiƏdilə Əflakinin AzadlıqRadiosuna verdiyi müsahibələrdən toplanıb.
İlk müraciət 2010-cu ildə, ən son müraciət 2016-cı ilin fevralında olub...
Bu üzdən, veriliş «Bir sənətçinin yaşam savaşı» adlanır.
«Bu dünya həm acı, həm də şirindir,
Pulun varsa, ölünü də dirildir.
Haram yesən, onu bil ki, irindir,
Yeyən-yedi, üzülənlər neyləsin?».
Ədilə xanımın şeiridir...
Ədilə xanım AzadlıqRadiosuna ard-arda 6 il daha nələr dedi?
Martın 6-da saat 23-də Ədilə Əflakinin həyat hekayəsini dinləyin.
Bu «İz»i itirməyin.
«Daha yoxdur, tükənibdir səbrim,
Kaş olaydı Mirzə Cəlil, Sabirim.
Bu dünyanın üzü yalan, nə bilim...
Susan- susdu, söz alanlar neyləsin?».