Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Aİ-dən ərzaq böhranı xəbərdarlığı


Xarkovda ərzaq paylanır
Xarkovda ərzaq paylanır

Dünya Bankı aprelin 10-da yaydığı hesabatında qeyd edir ki, Ukraynada istehsalın həcmi 45 faiz azalacaq.

Rusiyanın Ukraynaya qarşı müharibəsi dünyanı ərzaq böhranı həddinə yaxınlaşdırır, əsasən kənd təsərrüfatına söykənən Ukrayna iqtisadiyyatı isə çökür. Belə bir xəbərdarlıqla Avropa İttifaqı (Aİ) çıxış edib.

Dünya Bankı bu il Ukrayna iqtisadiyyatının yarıyadək azalacağını bildirib. Bundan bir gün sonra – aprelin 11-də isə Aİ-nin aparıcı diplomatı deyib ki, Rusiyanın tarlaları bombalaması, buğda dolu gəmilərə limanlardan çıxmağa imkan verməməsi ölkə sərhədlərindən kənara təhdid yaradır. Bu həm də qlobal iqtisadiyyatın koronavirus pandemiyasından dirçəlməyə çalışdığı bir məqamda baş verir.

“Aclıq yaradırlar”

“Onlar qıtlığa səbəb olurlar. Ukraynanın şəhərlərini bombalayırlar və dünyada aclıq yaradırlar”,Cozep Borrel Luksemburda Aİ xarici işlər nazirləri ilə görüşdən sonra jurnalistlərə deyib.

Dünya Bankı isə aprelin 10-da yaydığı hesabatında qeyd edir ki, Ukraynada istehsalın həcmi 45 faiz azalacaq, ölkədə iqtisadi azalmanın yekun miqyası “müharibənin müddəti və intensivliyindən” asılı olacaq.

“Rusiyanın işğalı Ukrayna iqtisadiyyatına, infrastruktura böyük zərbə vurur”, – Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde söyləyib.

Fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib, iqtisadiyyatı dünyanın böyük hissəsindən diplomatik və iqtisadi baxımdan təcrid olunub.

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Rusiya üçün 11 faiz azalma proqnozu

Dünya Bankı Rusiya iqtisadiyyatının bu il 11 faiz azalacağını proqnozlaşdırır.

Rusiya Ukraynanın Azov dənizi sahilindəki Mariupol liman şəhərini dağıdıb, bir sıra böyük şəhərlərdə, o cümlədən əhalisinə görə ikinci böyük şəhər Xarkovda dağıntılar törədib.

Aeroportlar, dəmiryolları bombalanır, bir çox körpülər dağıdılıb ki, bütün bunlar Ukrayna iqtisadiyyatına uzunmüddətli ziyan vurub.

10 milyondan çox ukraynalının, yaxud əhalinin dörddə birinin evlərindən didərgin düşdüyü bildirilir. Onlardan 4 milyondan çoxu başqa ölkələrdə sığınacaq axtarır.

Byerde bütün bunların təsirlərinin regiondan kənarda, planetin hər bir yerində hiss olunacağını, Rusiya və Ukraynanın birlikdə dünyada buğda ixracının 25 faizindən çoxunu verdiyini vurğulayıb.

XS
SM
MD
LG