Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:57

Rusiya Yaponiyanın Baş nazirinə sanksiya qoyur


Mariupol, Azovstal
Mariupol, Azovstal

Qonşu Belarusun silahlı qüvvələri mayın 4-də döyüş hazırlığını yoxlamaq üçün qəfil irimiqyaslı təlimlərə başlayıblar

Rusiya Yaponiyanın Baş naziri Fumio Kisida və 60 digər rəsminin, o cümlədən nazirləri, media mənsubları, ziyalıların ölkəyə girişini yasaqlayıb. Bu, Moskvanın Ukraynaya qarşı səbəbsiz müharibəsinə cavab olaraq gerçəkləşdirilib.

Xarici İşlər Nazirliyi mayın 4-də yaydığı bəyanatda giriş yasağının daimi olduğunu bildirib.

Siyahıda Xarici işlər naziri Yoşimasa Hayaşi, Maliyyə naziri Şuniçi Suzuki, Müdafiə naziri Nobuo Kisi, hökumətin baş katibi Hirokazu Matsunonun da adları var.

Yaponiyada əsas qəzetin naşiri olan Yomiuri Shimbun Group-un aparıcı rəsmiləri, eləcə də Nikkei Group da siyahıdadır.

Rusiya Ukraynaya təcavüzündən dolayı indiyədək ABŞ, Avropa İttifaqı və onların çoxsaylı müttəfiqlərinin sanksiyaları ilə üzləşib.

***

Avropa İttifaqı (Aİ) ilin sonunadək Rusiyadan neft idxalını qadağan etməklə bağlı planlarını açıqlayıb. Blok Moskvaya qarşı yeni bank sanksiyaları da tətbiq edəcək. Rusiya isə Ukraynanın şərqində hücumu gücləndirməkdədir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen mayın 4-də deyib ki, Aİ ilin sonunadək Rusiyadan xam neft və emal edilmiş neft məhsullarını tamamilə qadağan edəcək. O, Moskvaya qarşı Ukraynaya qarşı hücumla əlaqədar altıncı sanksiya paketini açıqlayıb.

“Altı ay ərzində Rusiyadan xam neft təchizatını, ilin sonunadək emal olunmuş məhsulların idxalını tədricən azaldacağıq. Bu, Rusiya neftinin idxalına, dənizlə və kəmərlə daşınan, xammal və emal olunmuş məhsullara tam qadağan olacaq”, – o vurğulayıb.

Yekdillik asan olmayacaq

Von der Leyen qadağandan hər hansı istisnalardan danışmayıb. Amma blokun iki üzvü – Macarıstan və Slovakiya Rusiyadan enerji idxalından çox aslıdır və qadağana qarşı çıxdıqlarını deyiblər.

Elə komissiya başçısı da sanksiyalarla bağlı vahid mövqeyə nail olmağın “asan olmayacağını” söyləyib. Bu məhdudiyyəti Aİ-nin 27 üzvü təsdiqləməlidir.

Von der Leyen həmçinin Rusiyanın ən böyük bankı olan Sberbank və daha iki böyük bankı SWIFT beynəlxalq bank ödəniş sistemindən çıxarmağı təklif edib.

Onun sözlərinə görə, Aİ Rusiyanın üç dövlət televiziyasına qadağa qoyacaq. Amma kanalların adlarını açıqlamayıb. Onların daha Aİ ərazisində heç bir formada kontent yaya bilməyəcəyini vurğulayıb.

Komissiya sədri Ukraynanın müharibədən sonra yenidən qurulması üçün bərpa paketinə başlamağı təklif edib.

Putin ixrac və xarici öhdəlikləri dayandıran fərman verdi
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Döyüş zonası

Döyüş zonasına gəlincə, Moskva Ukraynanın şərqindəki İzyum şəhər yaxınlığına 22 batalyon yerləşdirib. Britaniyanın Müdafiə Nazirliyi mayın 4-də yaydığı bülletendə qeyd edir ki, Rusiyanın aşkar məqsədi şərqdəki Kramatorsk və Severodonetsk şəhərlərini tutmaqdır, “baxmayaraq ki, Ukraynanın müdafiəsini yarmaqda çətinlik çəkirlər”.

Rusiyanın bir batalyonunda adətən 700-800 əsgər olur.

Britaniya kəşfiyyatının məlumatına görə, bu iki şəhərin tutulması Ukraynanın şimal-şərq hissəsinə “Rusiyanın hərbi nəzarətini gücləndirəcək”.

Qonşu Belarusun silahlı qüvvələri isə mayın 4-də döyüş hazırlığını yoxlamaq üçün qəfil irimiqyaslı təlimlərə başlayıblar. Məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb.

Ukraynanın şərqindəki Donetsk vilayətinin qubernatorunun sözlərinə görə, Rusiya əsgərləri Avdiyivka şəhərində koks zavodunu atəşə tutublar, azı 10 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Pavlo Kirilenko vilayətdə dörd şəhərin atəşə tutulması nəticəsində daha 11 nəfərin öldürüldüyünü deyib.

Ukrayna rəsmiləri Rusiya ordusunun mayın 3-də ölkənin dəmiryolu infrastrukturunu hədəfə aldığını, mərkəzi və qərb vilayətlərində altı dəmiryolu stansiyasını vurduğunu bildirib.

XS
SM
MD
LG