Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’


Vergilər nazirliyi
Vergilər nazirliyi

Vergilər nazirliyi vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin siyahısını genişləndirib. Hərəkət azadlığı məhdudlaşdırılanlar arasında «Akkord» şirkətlər qrupuna daxil olan daha bir şirkətin - «Property İnvestments» MMC-nin direktoru Fariz İbrahimlinin də adı var.

«Akkord»un əmlakını icarəyə verir

Ötən il qurulan bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcu var. Şirkətdən AzadlıqRadiosu-na deyiblər ki, borc əmlak vergisi üzrə yaranıb və hissə-hissə ödənilməkdədir.

Buna da bax:​ 1043 nəfər Azərbaycandan çıxa bilməz

«Property İnvestments» MMC-nin mülkiyyətində ümumi sahəsi 1033 avtomobillik yeraltı dayanacaq, 323 qeyri-yaşayış və 213 anbar sahəsı var. «Akkord» korporasiyasının Bakıda tikdiyi 9 yaşayış kompleksindəki 77 min kvadratmetrlik əmlakı bu şirkət idarə edir. Həmin əmlaklar icarəyə verilməkdədir.

AzadlıqRadiosu Fariz İbrahimlidən onun ölkədən çıxmasına qoyulan qadağa ilə bağlı şərh ala bilməyib.

Ötən ilin martında qurulan şirkətin təsisçiləri «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC və Əfqan Süleymanovdur. Qurularkən onun kapitalı 70 milyon manat müəyyənləşdirilmişdi. Sonradan kapital 22,5 milyona, ötən həftə isə təxminən 9 milyon manata salınıb.

Buna da bax:​ Son vergi dəyişiklikləri və rüsumları nəyi dəyişib?

«Qara siyahı»dan çıxıb

Bir müddət öncə Vergilər Nazirliyinin «qara siyahısı»nda korporasiyanın başqa bir müəssisəsi – «Akkord Beton» MMC də vardı. Bir ay ərzində şirkət borcun (448 min 636 manat) əsas hissəsini ödəyib. Hazırda borc 158 min 386 manatadək azalıb. Bu şirkətin direktoru Uğur Babayevin ölkədən çıxmasına qoyulan qadağa isə Yasamal rayon məhkəməsinin qərarı ilə götürülüb. «Akkord Beton» MMC-nin özünə gəlincə, bu qurum, AzadlıqRadiosu-nun yazdığı kimi, «HGC Group» MMC-yə (Qazax sement zavoduna) qoşulub.

Borcu 2 milyona çatır, amma sərbəst gəzir

Vergilər nazirliyi korporasiyanın və onun bir çox törəmə şirkətinin vergi borcunun olmadığını bildirir. Amma onun iştirakı ilə yaradılan şirkətlərin bəzisi vergiləri vaxtında ödəmir. Məsələn, «Akkord Hydrotechnical Construction Company» MMC-nin borcu 1 milyon 944 min 242 manat, «Akkord Nəqliyyat» MMC-nin – 238 min 592 manat, «Akkord Mərmər Qranit» MMC-nin – 141 min 946 manat, «Akkord Steel Construction Company» MMC-nin – 59 min 654 manat, «Bakı-Əhəng» ASC-nin – 128 min 169 manatdır. Bu şirkətlərin rəhbərlərinə ölkədən çıxma qadağası yoxdur.

XS
SM
MD
LG