Siyəzəndə aksiya bibər qazı ilə dağıdılır...
Siyəzəndə bahalaşmaya və işsizliyə etiraz edən sakinlərə qarşı bibər qazı işlədilib.
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Siyəzən sakinləri yanvarın 13-də rayon icra hakimiyyətinin binası qarşısına yığışıblar: «Onlar unun bahalaşmasına, işsizliyə etiraz edirdilər. Deyirdilər ki, rayonda iş olanda, başqa yerdən işçi gətirirlər. Buna son qoyulmasını tələb edirdilər».
Polis etiraz aksiyasını dağıtmağa çalışıb. Olay yerinə gələn Çevik Polis Alayının əməkdaşları bibər qazından istifadə edib: «Atəş səsləri də eşitdik. Düz məktəbin yanında atıblar. Uşaqlar qorxu içində evlərinə gedirlər» - deyə şahidlər AzadlıqRadiosuna bildiriblər.
Hələlik Siyəzən hadisələri ilə bağlı hər hansı rəsmi reaksiya verilməyib.