Ağsuda da etiraz aksiyası keçirilib
Yanvarın 13-də Ağsuda da sakinlər etiraz aksiyası keçirib. Onlar bahalıq, işsizlik, maaş probleminə öz etirazlarını bildiriblər.
Ağsunun mərkəzində başlayan aksiyasının iştirakçıları etirazlarını çatdırmaq üçün yerli icra hakimiyyətinin binasına yürüş ediblər. İcra başçısının onlarla görüşünü tələb ediblər. İcra başçısı Ənvər Seyidəliyev etirazçılardan 25-30 nəfəri qəbul edib. Qəbula qatılanlardan biri rayon sakini, Elşən Məmmədov AzadlıqRadiosuna deyib ki, icra başçısı ilə görüş azı bir saat davam edib:
“İcra başçısı bizi dinlədi. Bildirdi ki, bizim etirazımızı adiyyatı yerlərə çatdıracaq”.
Elşən Məmmədov deyir ki, görüşdən sonra etirazçılar dağılışıb. Amma vəziyyət düzəlməsə, yenidən aksiya keçirəcəklər.
Siyəzəndə atəş səsləri
Sosial tələblərlə keçirilən aksiyada təhlükəsizlik qüvvələri tərəfdən atəş səsləri eşidilib.
"Heç əynini geyinməyə qoymadılar, qolunu burub apardılar"
Siyəzəndə İcra Hakimiyyətinin qarşısındakı aksiyada iştirak etdiyinə görə rayon sakini Rəşad Ağasıyevi polis gecəynən evindən aparıb. Valideyinləri deyir ki, onunla hələ də görüşə bilməyiblər.