Saxlananların məhkəməsi keçirildi
Lənkəranda bahalaşma əleyhinə keçirilmiş aksiyaya qatılanlardan 7 nəfərinin yanvarın 13-də məhkəməsi olub. Onlardan 4-ü cərimələnərək sərbəst buraxılıb, 3 nəfər barəsində inzibati həbs qərarı seçilib.
AXCP yerli təşkilatının sədri Nazim Həsənliyə və həm də Müsavat partiyasının yerli təşkilatının sədri İman Əliyevə 1 aylıq həbs cəzası verib.
İman Əliyev tutulmazdan əvvəl Azadlıq Radiosuna bildirmişdi ki, o, yoldan keçərkən bu aksiyanın şahidi olub. AXCP rayon şöbəsinin sədri Nazim Həsənli də məhkəmədə deyib ki, o aksiya zamanı dərsdə olub. Sadəcə, aksiya sonradan aksiya ilə bağlı şəkilləri özünün Facebook səhifəsində paylaşıb.
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli AzadlıqRadiosuna deyib ki, Lənkərandakı aksiyada 2 nəfər partiya üzvünün inzibati həbsi barədə dəqiq məlumat var:
"Siyəzəndə də həbslərin olduğu haqda xəbər var. Amma bu haqda hələ ki, dəqiq məlumatımız yoxdur".
Məhkəmədə 2 polis nəfəri şahid qisimində çıxış edərək bildirib ki, hər iki siyasətçi bu icazəsiz aksiyada iştirak edib.
Yanvarın 10-dan sonra Azərbaycanın bir neçə rayonlarında bahalıq və işsizlik əlayhinə aksiyalar başlayıb. Aksiyalar davam edir.
Füzulidə bahalaşma əleyhinə aksiyadan yeni fotolar
"Heç əynini geyinməyə qoymadılar, qolunu burub apardılar"
Siyəzəndə İcra Hakimiyyətinin qarşısındakı aksiyada iştirak etdiyinə görə rayon sakini Rəşad Ağasıyevi polis gecəynən evindən aparıb. Valideyinləri deyir ki, onunla hələ də görüşə bilməyiblər.
Siyəzəndə atəş səsləri
Sosial tələblərlə keçirilən aksiyada təhlükəsizlik qüvvələri tərəfdən atəş səsləri eşidilib.