Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:12

AŞPA-nın qətnamələrini kimi utanc gətirən, kimi önəmli adlandırdı [video]


Avropa Şurasının qətnamələri: Bakı nələrə israr edir?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Avropa Şurasının qətnamələri: Bakı nələrə israr edir? [A-Live]

Avropa Şurası Parlament Assambleyası – AŞPA Azərbaycanla bağlı iki hesabat üzrə qətnamələr qəbul etdi.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu sənədləri Assambleya adına utanc adlandırıb. Yerli seçki eksperti Anar Məmmədlinin fikrincə isə bunlar son dövrlərdə beynəlxalq qurumların qəbul etdiyi ən önəmli sənədlərdəndir. Kiminin utanc, kiminin önəmli adlandırdığı bu sənədlərin mahiyyəti nədir?

Buna da bax: AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Oktyabrın 11-də AŞPA Azərbaycanla bağlı iki hesabatı - "Azərbaycanda demokratik qurumların fəaliyyəti"“Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət üçün atdığı addımlar” adlı hesabatları müzakirə edib qətnamələri qəbul etdi.

Sənədlərdə Azərbaycanda Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığı, siyasi motivli həbslərin davam etdiyi və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı qeyd olunur. Bundan başqa ölkədə jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi fəalların təqib olunduqları vurğulanır.

Buna da bax: SDİ: ‘Həmməruzəçi vəzifəsindən kənarlaşdırılsın’

Qətnamələrin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti bir çox məqamlarla razılaşmayıb. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sənədlərin müzakirəsində vurğulayıb ki, orada qeyd edilən halların çoxu sadəcə şişirdilib:

Səməd Seyidov
Səməd Seyidov

"Mən buna kəskin etiraz edirəm. Bu hesabata istənilən sözləri yazmaq olar. Bu o demək deyil ki, yazılanlar həqiqətdir. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz".

Buna da bax: Səməd Seyidov: 'Xoruz yox idi, səhər açılmırdı?'

AŞPA-da Azərbaycanla bağlı müzakirələri müşahidə edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə əksinə düşünür ki, hesab edir ki, hələ bu sənədlərdə Azərbaycandakı gerçək durum bütün ayrıntıları ilə əksini tapmayıb.

Amma bununla belə Anar Məmmədli hesab edir ki, hər iki sənəd olduqca əhəmiyyətlidir:

Buna da bax: Yeni hesabat: Gürcüstanda sürgündə yaşayan azərbaycanlılar

“Bu təkcə Avropa Şurası strukturları ilə Azərbaycan arasında münasibətlərdə deyil, eyni zamanda Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə təsir edəcək. Özəlliklə də Avropa Birliyi ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin imzalanmasında önəmlidir. Azərbaycan hakimiyyəti bir qayda olaraq, insan hüquq və azadlıqları ilə bağlı tənqidləri barmaqarası yanaşır. Ölkədə bu hüquqların təminatı üçün siyasi iradə göstərə bilmir”.

Anar Məmmədli
Anar Məmmədli

Buna da bax: S.Seyidov: ‘Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq’

Anar Məmmədli hesab edir ki, Azərbaycan hökuməti bu qətnamədə göstərilən hüquqpozmaları aradan qaldırmasa, islahatlara getməsə daha kəskin və ciddi addımlar atıla bilər.

Azərbaycan hökuməti adətən bu cür beynəlxalq qətnamə və hesabatlarda səslənən tənqidləri rədd edir. Bakıda siyasi hakimiyyətin təmsilçiləri qeyd edirlər ki, hansısa dairələr ölkə rəhbərliyinə təzyiq üçün insan haqları ilə bağlı əsassız tənqidlər səsləndirirlər.

Buna da bax: İntiqam Əliyev: 'İndi hökumət iki yoldan birini seçməlidir' [video]

Bakıdan Avropaya gələn tənqidlər bununla da bitmir. Oktyabrın 27-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı qətnamə müzakirə edəcək. Bakı xüsusilə İlqar Məmmədovun azad edilməsi barədə Avropa İnsan Haqları məhkəməsinin qərarını icra etmədiyinə görə təzyiqlər qarşısındadır. Artıq Bakıda da bəzi millət vəkilləri Azərbaycanın Avropa Şurasından çıxmaqla heç nə itirməyəcəyini əsaslandıran bəyanatlar verirlər.

XS
SM
MD
LG