Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

ATƏT rəsmisi Anar Məmmədliyə görə Azərbaycan iqtidarını ittiham edir


Onun təşkilatı Azərbaycan preizdent seçkilərində pozuntular olduğunu bəyan etdi. "Azərbaycan demokratik ölkədir" deyən rəsmilər onu vergi saxtakarlığında ittiham etdilər.
Onun təşkilatı Azərbaycan preizdent seçkilərində pozuntular olduğunu bəyan etdi. "Azərbaycan demokratik ölkədir" deyən rəsmilər onu vergi saxtakarlığında ittiham etdilər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin direktoru, səfir Janez Lenarčič çərşənbə axşamı insan haqları fəalı Anar Məmmədlinin 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü qətiyyətlə pisləyib.

O bildirib ki, bu hökm Azərbaycanda təməl haqların qorunması istiqamətində çalışanların susdurulması kampaniyasının növbəti elementidir.

“Mənim şübhəm yoxdur ki, Anar Məmmədliyə və onun seçki monitorinqi təşkilatına qarşı hakimiyyət tərəfindən əlaqələndirilmiş qısnama və təhdid kampaniyasının ardınca onun məhkum edilməsi və barəsində çıxarılmış hökm onun seçici hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin əngəllənməsi məqsədini güdür – deyib Lenarčič – mənə bu da aydındır ki, bu və bunun kimi hökmlərə Azərbaycanda ölkənin üzərinə öhdəlik kimi götürdüyü hüquq və azadlıqları müdafiə etmək istəyən başqalarına xəbərdarlıq kimi əl atılır”.

Janez Lenarčič bəyanatında bildirib ki, Azərbaycan hakimiyyətinin hərəkətləri onun öz xalqı qarşısındakı vəzifələri və ATƏT üzvü kimi insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

Seçki Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli 2013-cü il dekabrın 16-da mənimsəmə, vergidən yayınma, vəzifəsindən sui-istifadə və saxtakarlıq ittihamları ilə həbs edilib.

Qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən ləğv edilmiş SMDTM, rayon məhkəməsinin 2008-ci ildə təşkilatın sələfi olan Seçki Monitorinqi Mərkəzinin təkrar qeydiyyatı haqqında hökmünün ardınca yaradılmışdı. Həmin iş barədə appelyasiya müraciəti hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.

Cənab Məmmədlinin həbsindən bir neçə ay əvvəl onun ofisində axtarış aparılmış, sənədlər və kompüterlər müsadirə edilmiş, sədr və mərkəzin işçiləri xaricdən maliyyə aldıqlarına dair ittihamlarla bağlı dindirilmək üçün baş prokurorluğa aparılmışdılar. Ötən noyabrda hakimiyyət Anar Məmmədlinin Avropa İttifaqının iclasında iştirak etmək üçün Vilnüsə getməsinə icazə verməmişdi.

SMDTM 2013-cü il 9 oktyabr prezident seçkilərinin ertəsi gün səsvermənin çoxsaylı qanun pozuntuları və saxtakarlıqla müşaiyət olunduğu barədə bəyanat yaymışdı. Bu bəyanatdakı bir sıra qiymətləndirmələr DTİH müşahidəçilərinin də ilkin bəyanatında yer almışdı.
XS
SM
MD
LG