2014-cü ilin martında yerləşdirilmiş 1 milyard 250 min ABŞ dolları həcmində avrobondlar hələ də hökumətin karına gəlir.
Vəsait 2015-2016-cı illərin dövlət büdcəsi kəsirinin bağlanmasına sərf olunsa da, ekspertlərin hesablamasına görə, bir hissəsi xərclənməmiş qalır.
Buna da bax: Büdcə kəsiri yarım milyarddan çox olub
Ekspert: «Manat ucuzlaşdı, xəzinə qalığı artdı»
Ötən ilin 11 ayında büdcə kəsirinin örtülməsinə 1 milyard manata yaxın vəsait xərclənib. Bunu bildirən iqtisadçı mütəxəssis Rövşən Ağayevin fikrincə, dekabrın əvvəlinə Maliyyə Nazirliyinin sərəncamında təxminən 1 milyard 300 milyon manat xəzinə qalığı vardı:
«2015-ci ilin əvvəlinə xəzinə qalığı 850 milyon manat olduğu halda, 2016-cı ilin yanvarın 1-nə bu məbləğ 1 milyard 700 milyon manata çatmışdı. Son iki ildə manatın 2 dəfə ucuzlaşdığını nəzərə alsaq, xəzinə qalığı məbləğinin elə bir o qədər artmasının səbəbini anlamaq çətin olmaz».
Buna da bax: Azərbaycanın xarici borcu artıq 10 milyardı keçdi... [video]
Pul dollarda saxlanılır?
R. Ağayev hökumətin 2014-cü ildə ilk Azərbaycan istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsaiti manata çevirmədiyini, elə dollarda saxlandığını düşünür. Xəzinə qalığının artmasının səbəbi də budur.
2015-ci ilin əvvəlinə büdcənin təxminən 1 milyard 700 milyon manat xəzinə qalığı olub. Bu məbləğin təxminən 250 milyon manatı 2015-ci ilin büdcə kəsirinin örtülməsinə yönəldilib. Ötən il başlarkən, Maliyyə Nazirliyinin 1 milyard 433 milyon manat sərbəst qalığı vardı. 2017-ci ilin əvvəlinə bu vəsaitdən nə qaldığı hələ məlum deyil.
Buna da bax: 'Ölkəni böhrana salanlar yox, xalq əziyyət çəkir'
«Builki kəsirə də çatacaq»
Bu il dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 milyon manat məbləğində təsdiqlənib. Bunun 20 milyon manatı Avropa Birliyinin qrantı hesabına, qalan 625 milyon manatı isə özəlləşdirmə, daxili və xarici borclanma və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı ilə maliyyələşdiriləcək.
Azərbaycan avrobondları 10 il müddətinə və illik 5 faizlə yerləşdirilib.