Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Azərbaycan-Ermənistan münaqişəsi Avropanın nəzarətinə keçir?


Azərbaycanla Ermənistanın xarici işlər nazirləri nələri müzakirə ediblər?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Azərbaycanla Ermənistanın xarici işlər nazirləri nələri müzakirə ediblər?

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ münaqişəsinin detallarını öyrənmək üçün xeyli vaxt sərf etdiyi bildirilir

Avropa İttifaqının adının çəkilməsini istəməyən bir diplomatı AzadlıqRadiosuna deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin özü Qarabağ münaqişəsinin detallarını öyrənmək üçün xeyli vaxt sərf edib.

Bakıda Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı deyir ki, Qarabağda sabitlik Avropa İttifaqı üçün həm də ona görə mühümdür ki, Qafqaz ittifaqın bufer zonasıdır və burda münaqişənin olmaması Avropa İttifaqının marağındadır:

"Azərbaycan da, Ermənistan da Şərq Tərəfdaşlığı Proqramının üzvləridir. Hər ikisi Avropa Şurasının üzvləridir. Rusiya Ukraynanı işğal etsə, bu o deməkdir ki, birbaşa Avropa Birliyi ilə sərhədə çıxır. O cümlədən də Cənubi Qafqaz da Avropa üçün önəmlidir. Müəyyən mənada Avropanın bufer zonasıdır. Ona görə də burda sülhün olması, demokratiyanın olması, burda yerləşən ölkələrini Avropa institutlarına inteqrasiya etməsi və onların ümumən təhlükəsizliyi Avropanın marağındadır, çünki onların təhllükəsizliyi Avropanın təhlükəsizliyidir”.

Avropanın alətləri varmı?

Bəs Avropa Birliyinin hansı alətləri var ki, belə bir sülhə nail ola bilsin. Avropa İttifaqının AzadlıqRadiosuna danışan diplomatı deyir ki, aprelin 6-da Brüsseldə keçirilən görüşün praktik nəticələri var - məsələn, bundan sonra görüşlər müntəzəm keçiriləcək.

O bildirir ki, indi mühüm olan Birgə Sərhəd Komissiyasını mümkün qədər tez, hətta aprelin axırına qədər formalaşdırmaqdır.

O ki qaldı Rusiyanın sülh prosesində və bu ölkənini sülhməramlılarının bölgədə iştirakına, diplomat deyib ki, bu da Birgə Sərhəd Komisssiyası ilə bağlıdır:

“Rusiya sülhməramlıları hələ də bölgədədirlər və deyə bilərəm ki, onlar Birgə Sərhəd Komissiyasının real nəticə əldə edənə qədər qalacaqlar. Komissiyanın məqsədi sərhədlərin delimitasiyası, sabit təhlükəsizlik situasiyasına nail olmaqdır və buna nail olana qədər, deyərdim ki, Rusiya sülhməramlıları bölgədə qalacaqlar”.

“Azərbaycan tələsməlidir”

Avropa Parlamentinin məsləhətçisi Eldar Məmmədov, parlamentin yox, öz adından danışaraq AzadlıqRadiosuna deyir ki, Avropa İttifaqı maraqlıdır ki, regionda sülhə nail olunsun, amma bu qurumun əlində təsir imkanlarının olması demək deyil var:

“Əgər biz görüşün real nəticələrinə baxsaq, xeyli müzakirə və məlumatlar müəyyən irəliləyişin əldə olundğunu deməyə əsasə verir. Amma işin mahiyyətinə baxsaq görərik ki, əldə edilən maksimum nəticə delimitasiya və demarkasiya ilə bağlı birgə komissiya yaratmaqdır. Amma bu, özlüyündə tərəqqi demək deyil. Üstəlik, bu demarkasiya və delimitasiya nəyin əsasında keçiriləcək? Əgər Rusiya rəsmilərinin çıxışlarına baxsaq, bütün bu xəritələr yalnız Moskvadadır. O halda Rusiyanın iştirakı olmadan bu proses necə baş tutacaq?!”

Siyasi şərhçi Azər Qasımov isə deyir ki, hadisələrin bundan sonrakı inkişafı həm də Azərbaycan prezidentindən asılı olacaq.

O deyir ki, Ermənistan hazırda zəif vəziyyətə salınmış tərəfdir, indi gərək Azərbaycan Ermənistanla birbaşa təmasları artırsın, Rusiyanın rolunu azaltmağa çalışsın.

Aprel görüşündən əvvəl Azərbaycan və Ermənistan liderləri keçən ilin dekabrında Brüsseldə görüşmüşdülər.

2020-ci il Qarabağ münaqişəsindən sonra tərəflər arasında atəşkəs sazişini isə Rusiyanın vasitəçiliyi ilə imzalanıb.

Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Qərbə sanksiyalar tətbiq etməyə başlayıb və tərəflərin münasibəti pisləşib.

XS
SM
MD
LG