Bununla əsas çıxışçıların nitqləri bitdi. Daha sonra deputaların bu mövzuda fikirləri dinlənildi. Deputat Gomes o cümlədən deyir ki, Hindistandan, Qvatemaladan, Azərbaycandan korrupsiya ilə çıxarılan pullar Avropa Birliyinin bankları vasitəsilə gedir, Avropada daşınmaz əmlaka qoyulur.
Sonda yenə hesabatçı Petras Auştreviçius çıxış etdi. O dedi ki, o pullar sonra hara gəlir? Bura- Avropaya. Ona görə " biz özümüzə də baxmalıyıq". "Biz hələlik hesabat hazırlayırıq, moizə oxuyuruq".
"Əgər bir çox ölkədə korrupsiya siyasət vasitəsi olubsa, məmurlara imkan verilirsə ki, bundan qazansınlar, onlar söz deyəndə, cavab verirlər ki, siz bizdən nə ilə fərlənirsiniz.? Bizim pullar sizin xoşunuza gəlirsə, onda bizdən nə istəyirsiniz?" "Ona görə biz burdakı vəziyyətə də diqqət yetirməliyik."