Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:56

Avstriya vaksini məcburi edir


Vyanada etirazlar
Vyanada etirazlar

Çex Respublikasının yeni hökuməti yanvarın 19-da bildirib ki, yaşlılar və müəyyən peşə qrupları üçün vaksinasiyanı məcburi etmək planından əl çəkir

Avstriyada deputatlar gələn aydan koronavirusa qarşı vaksinasiyanı məcburi ediblər. Etiraz dalğasına baxmayaraq, Avstriya Avropada məcburi vaksin qaydası tətbiq edən ilk ölkə olacaq.

İndiyədək ölkə əhalisinin 72 faizinin koronavirusa qarşı tam peyvənd olunduğu bildirilir. Avropa İttifaqı üzrə ümumi orta göstərici isə 70 faizdir.

Noyabrda məcburi vaksin qaydasının anonsu veriləndən həftəsonları onminlərlə insan etiraz yürüşlərinə çıxır. İfrat sağçıları çıxmaqla bütün partiyalar bu addımı dəstəkləyir.

Müvafiq qanunvericiliyin lehinə 137, əleyhinə 33 deputat səs verib.

Çex nümunəsi

Gələn ayın əvvəlinədək yaşı 18 və yuxarı olanlar COVID-19-a qarşı peyvənd vurdurmalıdırlar, əks halda cərimə olunacaqlar. Hamilə qadınlar və tibbi səbəblərdən vaksin vurdura bilməyənlər istisnadır.

Avropa hökumətlərinin bəziləri səhiyyə işçiləri və müəyyən qruplar üçün vaksini məcburi edib. Almaniya və Fransa daxil bəzi ölkələr isə peyvənd olunmayanların müxtəlif xidmətlərə, əyləncə növlərinə çıxışını yasaqlayıb.

Avstriyanın eksperimenti həm hökumətin onu gerçəkləşdirməsi, həm də pandemiyaya qarşı effektivliyi baxımından diqqət mərkəzində olacaq.

Qonşu Çex Respublikasının yeni hökuməti yanvarın 19-da bildirib ki, yaşlılar və müəyyən peşə qrupları üçün vaksinasiyanı məcburi etmək planından əl çəkir. Məcburi vaksin qaydası yaşı 60-dan yuxarı olanlara, polis əməkdaşlarına, yanğınsöndürənlərə, əsgərlərə, tibb sahəsi və qocalar evlərinin işçilərinə aid ediləcəkdi.

Yunanıstan, Almaniya

Bu həftənin əvvəlindən Yunanıstanda yaşı 60 və yuxarı olan, koronavirusa qarşı peyvənd vurdurmayanları cərimə etməyə başlayıblar. Hökumət digər yaş qrupları üçün vaksini məcburi etməyəcəyini bildirib. Çünki Covid-dən vəziyyəti ağırlaşanlar, xəstəxanada müalicə alanlar əsasən yaşlılar olub.

Italiya hökuməti də bu aydan yaşı 50-dən yuxarı olanlar üçün vaksini məcburi elan edib, onların yoluxma riskinin daha böyük olduğunu bildirib.

Almaniya Kansleri Olaf Şolts səhiyyə naziri ilə birlikdə məcburi vaksin qaydasını təşviq edir. Ancaq ziddiyyətli hesab olunan bu məsələnin müqavimətlə üzləşəcəyi gözlənir.

Martın ortasınacan səhiyyə və qocalar evləri sakinlərinin vaksin vurdurması, yaxud COVID-19-a yoluxmasına sənəd göstərməsi tələb olunacaq. Bu haqda ötən ay qanunvericilik qəbul edilib.

XS
SM
MD
LG