AXCP sədrinin müavini Nürəddin Məmmədli
"Uzun sürən mübarizə nəticəsində AXCP Azərbaycan xalqı ilə bütünləşmiş təşkilata çevrilib. AXCP gəncliyin partiyasına çevirilir. Gəncliklə mübarizə aparanlar məğlubiyyətə məhkumdur.
Hakimiyyət də bizim gücümüzün qarşısında acizdir. Amansız represiyalar, AXCP sədrinə xarici pasport verilməsi və s buna nümunədir.
Əvvəllər xalqı talan edirdilər. Sonra cəbhəçilərin profillərini oğurlamağa başladılar. İndi isə özlərini oğurlayırlar."
"Bütün dünya Azərbaycanda kimin kim olduğunu yaxşı bilir. Hakimiyyətin oğru talançı, AXCP-ninsə dürüst və düzgün insa olduğundan xəbərdardırlar. Əminəmki, bunlar yaxın gələcəkdə özünü göstərəcək."
Qurultay davam edir
AXCP sədrinin müavini Fuad Qəhramanlı danışır:
"Azərbaycanın gələn ilki büdcəsi 4 milyard ixtisar olunub. Bu o deməkdir ki, işsizlərin, ümidlərin sıralarına yeniləri əlavə olunacaq. Sosial gərginlik, etirazlar güclənəcək. Neft siyasəti tənəzzül edib. Manatı saxlamaq üçün Milli Bank hər ay bazara milyardlıq müdaxilə edir. Lakin gələn il buna imkanları olmayacaq. Bu qiymətlərin artımı, hakimiyyətlə xalq qarşıdurması deməkdir."
AXCP Qurultay keçirir - AzadlıqRadiosu canlı yayım edir