Qurultayın Mandat Komissiyasının hesabatı dinlənildı. Hesabatı komissiyanın sədri Eldar Hüseynov təqdim etdi. Qurultay nümayəndələrinin səlahiyyətləri təsdiqləndi. Toplantıya yarım saatlıq fasilə verilib
AXCP Qurultay keçirir - AzadlıqRadiosu canlı yayım edir
Qurultay davam edir
AXCP sədrinin müavini Fuad Qəhramanlı danışır:
"Azərbaycanın gələn ilki büdcəsi 4 milyard ixtisar olunub. Bu o deməkdir ki, işsizlərin, ümidlərin sıralarına yeniləri əlavə olunacaq. Sosial gərginlik, etirazlar güclənəcək. Neft siyasəti tənəzzül edib. Manatı saxlamaq üçün Milli Bank hər ay bazara milyardlıq müdaxilə edir. Lakin gələn il buna imkanları olmayacaq. Bu qiymətlərin artımı, hakimiyyətlə xalq qarşıdurması deməkdir."