►Milli Televiziya və Radio Şurası “ATV” və “ANS” televiziyalarını cəzalandırıb.
“ATV”-də “SOY” Prodakşn tərəfindən hazırlanan“Qaynanamız” teleserialında "qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi" əsas gətirilib və serialın yayımı 1 aylıq dayandırılıb.
ANS televiziyası isə 25 min manat cərimələnib.
“Hobbit: Smauq xarabalığı”, “Saflaşma gecəsi” və s filmlərin reklamla kəsilməsinə görə.
Şura bundan əvvəl də ANS-i böyük məbləğdə cərimələmişdi.
Televiziyaların məsələyə münasibəti hələ ki bilinmir.