-
Bakıda 46 yaşlı kişinin özünü asdığı bildirilir. "Lent.az”-ın xəbərinə görə, martın 5-də Maştağa qəsəbəsi M. Hüseynzadə küçəsi 25 ünvanında Ağdam rayonundan məcburi köçkün olan 46 yaşlı Rəşid Məmmədovözünü kapron iplə asaraq intihar edib.
Yaxınlarının bildirdiyinə görə, O,tez- tez həyatdan bezdiyini, intihar edəcəyini deyirmiş.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb.
Həmin gün daha iki intihar hadisənin də qeydə alındığı bildirilirdi. APA-nın xəbərinə görə, İsmayıllı rayonun Uştal kəndi sakini İsa Nadirli özünü yaşadığı evin həyətindəki tövlədə kəndirlə asmışdı. 21 yaşlı gəncin intiharının səbəbləri bəlli deyildi.
Martın 5-də bundan başqa 18 yaşlı Tovuz rayon sakini Rəsul Həsənovun da özünü asıb öldürdüyü haqda xəbərlər yayılmışdı. Martın 4-də isə Bakıda 70 yaşlı qadın, bundan bir gün əvvəl isə Zərdab rayonunda 19 yaşlı gənc özünü ipdən asıb öldürmüşdü.