78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən İrina Kindzerska “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb
Əvvəlcə Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn İrina Kindzerska yarımfinalda isə yaponiyalı Akira Soneyə uduzmuşdu.
"Tokio-2020" Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.
Azərbaycan milli komandası “Tokio-2020”də ümumilikdə 44 idmançı ilə təmsil olunurdu. Onların bir çoxu artıq mübarizədən kənarlaşıb. Olimpiada avqustun 8-dək davam edəcək.
"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.
Xatırlatma
Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.