İlham Əliyev and içib
Fevralın 14-də Azərbaycanın rəsmən yeni prezidenti seçildiyi açıqlanan İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin yekun nəticələrini elan edib.
Açıqlamaya görə, namizədlərdən ölkəni son 21 ildə idarə edən YAP sədri İlham Əliyev 92.12 faiz səs alıb.
Digər namizədlərdən
Zahid Oruc – 2.17 faiz
Fazil Mustafa – 1.98 faiz
Qüdrət Həsənquliyev – 1.72 faiz
Razi Nurullayev – 0.8 faiz
Elşad Musayev – 0.66 faiz
Fuad Əliyev – 0.53 faiz səs toplayıb.
MSK seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Həmin qurumun qərarından sonra dövlət başçısının andiçmə mərasimi keçiriləcək.
Müşahidə Missiyası seçkiyə dair qiymətləndirmə bəyanatının öncədən hazır olması, orada yalnız tənqidi məqamlara yer verilməsi haqda iddiaları təkzib edib: "Bizim müşahidəçilərimiz nələri görüblərsə, onları da qeyd eləmişik. Bir-birinə oxşar imzalar, qruplar şəklində səsvermədə iştirak, qutuların lazımi şəkildə möhürlənməməsi kimi hallar müşahidə olunub. Bundan başqa, bir sıra hallarda qutularda bülletenlərin sayı səs vermiş adamların sayından çox olub".