MSK: Saat 15:00-a qədər ölkə üzrə seçici fəallığı 60.54 faiz olub.
Azərbaycanlılar 32 il sonra Xocalı səs verir
Topa bülletenlər…
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı məntəqəsində seçki qutusuna topa bülletenlər atması ilə bağlı da iddialar var. Amma bu iddialara, hələlik, dairə seçki komissiyası və MSK-dan münasibət öyrənmək mümkün olmayıb.
"Karusel" baş verir?
Eyni şəxslərin bir neçə seçki məntəqələrində səs verdiyi halların olduğu bildirilir.
Bu barədə yerli medialarda videoçəkilişlər yer alıb. Yerli mediada belə hallar "Karusel" adlandırılır.
Xüsusilə 10 saylı Binəqədi III seçki dairəsinin 24, 25, həmçinin 27 saylı Sabunçu II seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrdə belə halların yaşandığı deyilir.
Sözügedən seçki dairə komissiyalardan "Turan"a bu məlumatları təkzib ediblər. Bildirilib ki, həmin çəkiliş fərqli-fərqli rakurslardan bir məntəqədən çəkilib.