Səsvermənin yekunlaşması zamanı da pozuntularla bağlı şikayətlər gəlir. Həmin şikayətlərin birində qeyd edilir ki, 17 saylı Yasamal III seçki dairəsinin 16 saylı məntəqəsində qutuya topa bülleten atılıb.
Şikayətə həmin dairə və MSK-dan münasibət almaq mümkün olmayıb.
"İkincinin qarşısına X qoydum" - Prezident seçkisində "karusel" GÖRÜNTÜLƏRİ
Səsvermə başa çatıb
Azərbaycanın bütün ərazisində növbədənkənar prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.
Səsvermə 125 seçki dairəsi üzrə 6 min 537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 6319-u daimidir. Qalan 218-i isə Azərbaycanın xaricdəki səfirlik, konsulluq, daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək, sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında ölkənin bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 2 saylı seçki məntəqəsində bəzi müşahidəçilərə təzyiqlər edilməsi ilə bağlı şikayətlər var. Bəzi müşahidəçilərin bildirməsinə görə, onlara seçki komissiyasından təzyiqlər, hədələr edilir.
Bu şikayətə, hələlik, dairə seçki komissiyası və MSK-dan münasibət almaq mümkün olmayıb.