Seçkidəki 'yüzbaşı' AzadlıqRadiosuna danışır: 'Dedilər ki, aktivlik yaradın'
İlham Əliyev - 92 faiz
Mərkəzi Seçki Komissiyasına məntəqələrin 93.35 faizdən daxil olmuş məlumatlara əsasən, İlham Əliyev 92.05 faiz səs toplayıb.
Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:
Zahid Oruc – 2.19 faiz
Fazil Mustafa - 2 faiz
Qüdrət Həsənquliyev – 1.76 faiz
Razi Nurullayev – 0.8 faiz
Elşad Musayev – 0.67 faiz
Fuad Əliyev – 0.53 faiz
AŞPA deputatı təəccübünü bildirib
AŞPA-nın deputatı, Azərbaycan üzrə keçmiş həmməruzəçi Stefan Şennax deyir ki, o, nə Əliyevin erkən seçki qərarını, nə də seçkiyə qoyulan məhdudiyyətləri başa düşür: "Mən anlamıram... O, 99 faiz səs toplamaq istəyir?! Demokratiyada 70-85 faiz səs toplamaq normaldır. Məncə, İlham Əliyevə də bu qədər bəsdir... Prezident Əliyev Qarabağdakı qələbəsindən istifadə edib erkən seçki keçirmək qərarına gəldi, amma indi heç müxalifət namizədi də yoxdur. Mən anlamıram ki, o, niyə belə həyəcanlıdır? Axı onun buna ehtiyacı yoxdur. O, onsuz da güclüdür və Əliyev ailəsi ölkəyə nəzarət edir".
Prezident seçkisində səslər sayılır: Son vəziyyət nədir? - CANLI YAYIM
Prezident seçkisində son durum nədir? Seçkilər necə gedir? Ekspertlər seçkiləri necə dəyərləndirir?