Saat 12.00-a qədər respublika üzrə 2 milyon 499 min 33 nəfər səs verib, seçici fəallığı 38.57 faiz olub. /MSK/
"Turan" agentliyinin xəbərinə görə, 17 saylı Yasamal III seçki dairəsində onların müxbirini 8, 13, 12 və 29 saylı seçki məntəqələrinə buraxmayıblar.
Bildirildiyinə görə, buna səbəb kimi MSK-da onların qeydiyyatdan keçməmələri göstərilib.
Amma həm MSK-dan, həm də Media Agentliyindən bundan əvvəl bildirilib ki, heç bir jurnalistə maneə yaradılmamalıdır.
Bir sıra məntəqələrdə seçki qutularının yarığının nazik olmadığı bildirilir.
Belə şikayətlərə, hələlik, MSK-dan münasibət almaq mümkün olmayıb.
Amma Seçki Məcəlləsinin 103.3-ci maddəsində qeyd edilir ki, "seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni qoyulan zərfin salınmasına imkan verməməlidir".
AzadlıqRadiosu Bakı sakinlərindən seçkidə iştirak edib-etmədiklərini soruşub.