Bu günki AzadlıqLive-da:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, Rusiya mərhələli həll təklif edir. "Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı «Yenilənmiş Madrid prinsipləri» əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir".
Yaltaqlara "dur" deyən bloqqer niyə həbsdə qalmaqdadır?
Roma Papası Francisin sentyabrda Bakıya gəlişi ərəfəsi Azərbaycan Katolik Kilsəsisnin ordinarisi Vladimir Fekete Azadlıq Radiosunun suallarını cavablandırır
Həbsdə olan bloqqer Əbdül Əbilovun anası sual edir:
«Əvvəl əsəbiləşirdim, deyirdim ki, «səhv eləyib. İndi fikirləşirəm ki, yox, Əbdül səhv eləməyib, düz eləyib, balam düz yoldadır. Neyləyib ki, «Yaltaqlara dur deyək» deyib də. Düz deməyib ki? Düz deyib. Bu qədər haqsızlıqlar elə yaltaqlara «dur» deməməkdən baş verir. Əbdül nəyi səhv dedi ki, onu həbs elədilər?»
Məhkəmə İlqar Məmmədovu buraxmadı
Bu gün Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə müdafiə tərəfinin İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi barədə vəsatətləri təmin etməyib.
Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
APA İnformasiya Agentliyi erməni dilində də xəbər xidmətinə başlayıb
Agentlik bundan sonra erməni dilində də on-line xəbər yayacaq. APA-nın erməni dilində xəbərləri ilə www.am.apa.az internet ünvanında tanış olmaq mümkündür.
APA İnformasiya Agentliyi indiyə qədər Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində xəbər xidməti göstərib.