Azərbaycan 189-cudur
«Ötən il dünyada mətbuat azadlığı son 12 ildə ən aşağı həddə düşüb. Siyasi, kriminal və terrorçu qüvvələr daha geniş hakimiyyət uğrunda mübarizədə medianı öz tərəfinə çəkməyə, yaxud susdurmağa çalışıb». ABŞ-da mənzillənən «Freedom House» təşkilatının aprelin 27-də açıqladığı «Mətbuat Azadlığı 2016» hesabatında belə deyilir.
Novruz Məmmədov deyir ki, Rusiya sülhməramlıları məsələsi yoxdur
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov APA-ya deyib ki, "münaqişənin həlli ilə bağlı irəliyə getmək üçün hər hansı imkan yarananda, Ermənistan təxribata əl atır. Bu, 10-12 il əvvəl, 2009, 2014 və bu il aprel ayının əvvəlində olub».
N.Məmmədov Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı isə ortada konkret məsələ olmadığını deyib.
Beynəlxalq aləm Qarabağda müharibənin qızışacağına inanmır
"Regiondakı beynəlxalq maraqlar münaqişənin eskalasiyasını mümkünsüz edir». Bunu Globalriskinsights.com saytında Riccardo Dugulin yazır Qarabağ münaqişəsi haqda. .
Bu günki AzadlıqLive-da:
Cəbhə bölgəsində, sərhəd bölgələrində nə baş verir?
Çernobıl qəzasının 30 illiyidir. O vaxt qəzanı aradan qaldırılmasında iştirak edib, əlil olan azərbaycanlı deyir ki, dolan 302 manata görüm, necə dolanırsan
Antikollektor şirkətinə kimlər üz tutur? Hansı yardımı alırlar?