ABŞ-dan Qarabağ açıqlaması
«Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur».
Bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner aprelin 27-də keçirdiyi brifinqdə verib.
Bu günki AzadlıqLive-da:
Qarabağdakı durumun axırı necə olacaq? Azərbaycandan hansı güzəştlər istənilə bilər?
Mətbuat Azadlığı: Azərbaycan 199 ölkə arasında 189-cudur
SOCAR da borcludur - 6 milyard!
SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir. “APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
S. Qasımov qeyd edib ki, bura həm xarici, həm daxili borclar aiddir.
Tanınmış biznesmen intihar etdi?
Bu gün Bakıda "Dortek" mağazasının sahibi elə bu mağazanın zirzəmisində asılmış tapılıb. Əsas versiya odur ki, o özünü öldürüb. Lent.az-ın məlumatına görə, "Dortek" mağazalarının sahibi olan 38 yaşlı Aslanov Bilal əslən Tovuz rayonundandır. O, bir neçə il əvvəl Bakıda biznes fəaliyyətinə başlayıb və Atatürk prospektindəki əsas mağazanı açıb. Bir müddət əvvəl isə "Dortek"in Təbriz küçəsindəki mağazası fəaliyyətə başlayıbmış. İntiharın səbəbləri bilinmir.