Ağdamda yaralananlardan biri vəfat etdi
Ermənistan hərbi birləşmələrinin bu günə keçən gecə Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutması zamanı yaralanan mülki şəxslərdən biri vəfat edib.
APA-nın xəbərinə görə, aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Əli Hüseynov günorta saatlarında vəfat edib.
Kürdpərəst deputatlar məhkəməyə?
Türkiyə parlamentinin komitəsi deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı hakim partiyanın təklifini müzakirə edir.
Bu addım terrorçuluqda ittiham olunan kürdpərəst deputatların məhkəməyə verilməsinə yol aça bilər.
Qrant qaydaları sadələşdiriləcək
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) qrant müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyatı və qrantların alınması ilə bağlı prosedur sadələşdiriləcək.
Bunu AzadlıqRadiosuna QHT-lərə Dövlət Dəstəyi Şurasının (DDŞ) üzvü, Hüquq və Monitorinq Komissiyasının sədri Əliməmməd Nuriyev bildirib.
“Suriyada atəşkəs razılaşması iflas həddindədir "
Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura deyib: “Biz atəşkəsi tam iflasdan qorumalıyıq."