Ermənistan 3 şərt irəli sürür
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, «İndi isə Sarkisian danışıqları bərpa etmək üçün 3 şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil."
E.Məmmədyarov deyib ki, danışıqlara hansısa şərtlərlə gəlmək olmaz: «Yerevanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir".
Milli Məclisdə Qarabağdan danışdılar
Milli Məclisin bugünkü iclasında deputatlar Qarabağ cəbhəsində son günlər yaranan gərginliklə bağlı fikirlərini bölüşüblər.
Ağdamda nə baş verir? Yaralılar danışır- [video]
45 xarici və yerli jurnalsit cəbhə bölgəsinə aparılıb
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə Bərdə rayonuna gediblər.
Buradan isə media nümayəndələri Ağdam və Ağcabədi rayonlarına yol düşəcəklər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçirəcəklər.
Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, "Cihan", “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və b. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdədir.