AZAL-ın Boeing-lərində problem yoxdur
""Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil".
Bunu Anspress-in "ABŞ Federal Aviasiya İdarəsinin “Boeing 787” təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsi barədə verdiyi tapşırıqla bağlı" sorğusununa cavab olaraq AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.
"Vəziyyət 3 günlük müharibədən daha gərgin ola bilər"
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, aprelin 24-də təmas xəttində olanlar vəziyyətin yenidən gərginləşəcəyindən xəbər verir:
«Son günlər baş verənlər birmənalı olaraq Ermənistanın hücumudur. Ermənilərin itirdikləri mövqeləri qaytarmaqdan ötrü atdıqları addımlardır."
Respublikaçı namizədlər Trumpa qarşı birləşir
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə iddiaçılar senator Ted Cruzla Ohayo ştatının qubernatoru Con Kasich Donald Trampın partiyadan namizədliyinin verilməsinə mane olmaq üçün səylərini birləşdirmək qərarına gəliblər.
Günəş batareyaları ilə işləyən ilk təyyarə
Günəş batareyaları ilə işləyən ilk təyyarə Sakit Okeanı qət edərək Kaliforniyaya çatdı.