ABŞ-dan Qarabağ açıqlaması
«Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur».
Bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner aprelin 27-də keçirdiyi brifinqdə verib.
Ağdam və Tərtər atəşə tutulub. Ölən var
Ötən gecə Ermənistan hərbi birləşmələrinin artilleriya atəşi nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evinə və obyektə ziyan dəyib. APA-nın xəbərinə görə, Ağdam rayonu Çəmənli kənd sakini Famil Mustafayev aldığı qəlpə yarasından həlak olub.Ermənistan silahlı birləşmələrinin ağır artilleriya atəşi nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.
Bakı: 3 ayda 600 yol qəzası qurbanı...
Təkcə 2016-cı ilin ilk 3 ayında 143 nəfər yol qəzalarında həyatını itirib, 453 nəfər yaralanıb. "Azərbaycanda yol hərəkətini təkmilləşdirin”- bu çağırışı Bakıda yol qəzasında həlak olan 23 yaşlı britaniyalının ailəsi edir.
Stratfor: "Yaxın vaxtlarda həll görünmür"
Stratfor -un təhlilində deyilir ki, «Gələn həftələrdə Dağlıq Qarabağ üzrə diplomatik fəaliyyət güclənəcək, regional oyunçular tərəflərə sülh danışıqlarına görə təzyiq göstərəcək. Ancaq yaxın, yaxud orta perspektivdə münaqişənin daha böyük, hətta qismən həlli mümkün görünmür; sadəcə, xeyli sayda çətinləşdirici faktorlar və sazişi əngəlləməkdə maraqlı tərəflər var. Sonuc olaraq, Dağlıq Qarabağda münaqişənin qızışması ehtimalı qalacaq ki, bunun da təsiri bu kiçik mübahisəli ərazinin sərhədlərini xeyli aşır». Media icmalı