Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:46

Natiq Cəfərli: «Kimi axmaq sayırlar?»


Su
Su

Avqustun 12-də həbs edilən ekspert suyun bahalaşmasını əsaslandıran “Azərsu” ilə razılaşmırdı

"Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində pulu vəhşicəsinə yedilər"

*Heç kimin göstərmədiyini göstəririk - Youtube Kanalımıza abunə ol

Su və kanalizasiya tariflərinin təxminən 40% bahalaşması yoxsul və aztəminatlı ailələrin dövlətdən ünvanlı sosial yardımalma imkanlarını daha da məhdudlaşdırıb.

“Kəmərin mayasına pul vermişiniz ki?!”

“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mediaya açıqlamasında bəzi ölkələrdə suyun maya dəyərinin çox aşağı olmasına diqqət çəkib:

“Nəzərə almaq lazımdır ki, Bakı şəhərinə su 264 km uzaqda yerləşən Oğuz və Qəbələdən, 180 km uzaqlıqda olan Kür çayından gətirilir".

Ekspert Natiq Cəfərli Azərbaycanda suyun maya dəyərinin yüksək olması fikrini qəbul etmir:

“Kimi axmaq sayırlar? Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində pulu vəhşicəsinə yedilər. Bir milyard dollar Neft Fondunun vəsaiti, yəni dövlət vəsaiti hesabına kəmər çəkildi, 264 km-lik yolda su yuxarıdan aşağıya öz axarıyla gəlir. Kəmərin mayasına pul vermisiniz ki, buna görə qiymət qaldırırsınız?! Yəni, dünənədək su kəmərləucuz gəlirdi, bu gün mayası artdı?!”.

Natiq Cəfərli
Natiq Cəfərli

“Desinlər ki, “Azərsu” xirtdəyədək borcun içindədir”

N. Cəfərli Kür kəmərinin sovet dönəmində çəkildiyini xatırladır və deyir:

“Bu kəmər öz mayasını dəfələrlə çıxarıb. Bu nə məntiqsiz izahdır?! Desinlər ki, “Azərsu” xirtdəyədək borcun içindədir. Niyə demirlər ki, yarıtmaz idarəçilik sisteminə malik qurumuq, bacarıqsız ve korrupsionerik?!. Son 3-4 ildə 100-ə yaxın bahalı maşın alıblar. Yaxşı, şirkətin maliyyə vəziyyəti pisdirsə, niyə alırdınız o maşınları?! Açıq deyin ki, borcları vətəndaşın cibindən çıxartmaq üçün qiymətləri qaldırdıq”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 may)

Kimə deyirsən, işgəncəyə münasibət bildir, qaçır…

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 may)

"Araşdırmırsa, deməli, işgəncələrin arxasında dövlət dayanır"
Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

XS
SM
MD
LG