Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Fəhlələr: 'Pulumuzu verin'


Fəhlələr.
Fəhlələr.

«Keçən ilin iyul ayından maaşlarımızı ala bilmirik. Dəfələrlə etirazımızı bildirmişik, amma vəziyyət müsbətə doğru dəyişmir».

Bunu AzadlıqRadiosuna fevralın 6-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsində fəaliyyət göstərən «Azgüntex» MMC-nin keçmiş əməkdaşı, mühafizə xidmətində çalışmış Vüsal İsayev bildirib.

Onun deməsinə görə, gecikmələr əvvəl də olub, amma indiki kimi uzun olmayıb: «Maaşlar 2-3 ay geciksə də, sonunda ala bilirdik. Amma iyul ayından bu yana halal haqqımızı ala bilmirik. 60-a qədər əməkdaşın maaşı verilmir. Şəxsən mənə 2800 manat verəcəkləri var. Fəhlələrin də hər birinə verəcəkləri təxminən 2000 manatdan bir az çoxdur».

«Azgüntex» MMC
«Azgüntex» MMC

V.İsayev deyir ki, rəhbər heyət maaşını alır, amma fəhlələrin pulları verilmir: «Əgər bu pul yoxdursa, bunlara haradan verilir? Yox, pul varsa, niyə fəhlələrin maaşları verilmir?».

Qarşı tərəfin də mövqeyini öyrənməkdən ötrü «Azgüntex» MMC ilə də əlaqə saxladıq. Oradan adının çəkilməsini istəməyən bir şəxs durumu belə izah etdi: «Özünüz bilirsiniz ki, indi ölkənin hər tərəfində maliyyə problemləri var. O cümlədən bizdə də maliyyə problemi yaşanır. Başa bir səbəb də yoxdur».

«Azgüntex» MMC 2012-ci ildən fəaliyyət göstərir, alternativ enerji mənbəyi olan günəş panelləri istehsal edir.

XS
SM
MD
LG