Azərbaycanda hər gün 3-4 ailə dağılır
“Azərbaycanda gün ərzində təxminən 3-4, ay ərzində isə 1000 ailə dağılır. Bu statistikaya qeyri-rəsmi qurulan ailələr daxil deyil. Rəsmi nikah bağlamadan ailə quranların ayrılmaları da nəzərə alınsa, statistika iki dəfə artır. Təkcə rəsmi boşanmalar həyəcan təbili çalmaq üçün yetərlidir”.
Bunu virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Qabil Hüseynli: 7 rayon əsas müzakirə mövzusu olacaq
Politoloq Qabil Hüseynli Axar.az-a deyib ki, Sergey Lavrovla Elmar Məmmədyarovun görüşündə 7 rayonun qaytarılması əsas müzakirə mövzusu olacaq. Rusiyanın xarici işlər naziri lavrov sentybarın 1-də Bakıya gəlib.
Xədicə İsmayıla 7,5 il həbs cəzası kəsildi
Sentyabrın 1-də jurnalist Xədicə İsmayıla hökm oxunub. Ona qarşı olan ittihamlardan yalnız intihar həddinə çatdırma ittihamında bəraət verilib. Qalan maddələr üzrə - vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma, qanunsuz sahibkarlıq ittihamları ilə o, təqsirli bilinib.