Vəkil: "Son söz institutunu da inkar edirlər"
Vəkil Xalid Bağırov Xədicə İsmayılın son sözünün yarımçıq kəsilməsinə münasibət bildirib. O deyib ki, təqsirləndirilən şəxs son söz söylərkən bütün vasitələr keçərlidir. “O bütün vasitələrədn istifadə edib hakim qarşısında özünə bəraət qazandıra bilər. Görünən budur ki, məhkəmə son söz institutunu belə inkar edir, işin mahiyyətindən danışmağı belə yaxına qoymur”.
Türkiyənin ilk hicablı naziri
52 yaşlı Ayşe Gürcan Türkiyənin ilk hicablı qadın naziri olub. Gürcanı Türkiyənin müvəqqəti hökumətinə baş nazir Ahmet Davutoğlu dəvət edib.O, kabinetdə ailə və qadın məsələləri naziri olacaq.
Ukrayna federallaşmağa doğru gedir
Ukranya parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib. Düzəlişlərdə ölkənin şərqindəki rusiyapərəst separatçıların nəzarətində olan regionlar, xüsusilə də Donbas və Luqanska yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.Avqustun 31-də keçirilən səsvermədə 368 deputatdan 265-i ilkin oxunuşda düzəlişlərin lehinə səs verib.Qanun layihəsinin növbəti sesiyada keçməsi üçün azı 300 səs lazım olacaq.