Quba alması: yeşiyini 60 qəpiyə alan yoxdur
Qubalı bağban: «Yeşiyini 60 qəpiyə veririk ki, alma xarab olmasın. Yenə almırlar. Bazar doludur xaricdən gətirilmiş almalarla. Bizsə almanı çürüdüb çaya tökürük».
Xədicə İsmayıla 7,5 il həbs cəzası kəsildi
Sentyabrın 1-də jurnalist Xədicə İsmayıla hökm oxunub. Ona qarşı olan ittihamlardan yalnız intihar həddinə çatdırma ittihamında bəraət verilib. Qalan maddələr üzrə - vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma, qanunsuz sahibkarlıq ittihamları ilə o, təqsirli bilinib.
Qabil Hüseynli: 7 rayon əsas müzakirə mövzusu olacaq
Politoloq Qabil Hüseynli Axar.az-a deyib ki, Sergey Lavrovla Elmar Məmmədyarovun görüşündə 7 rayonun qaytarılması əsas müzakirə mövzusu olacaq. Rusiyanın xarici işlər naziri lavrov sentybarın 1-də Bakıya gəlib.