Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:06

Banklar Mərkəzi Bankın nəzarətindən çıxdı


►Bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək

Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə fərman imzalayıb.

Fərmana görə, bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək.

“Çox düzgün addımdır”

​Bildirilir ki, Palata Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, ölkədə vahid maliyyə nəzarəti qurumu yaradılması öncül dünya təcrübəsindən irəli gəlir:

“Çox düzgün addımdır. Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir. Mərkəzi Bank yalnız pul siyasəti, Maliyyə Nazirliyi isə dövlət büdcəsi ilə məşğul olmalıdır. Yeni qurumun uğurlu fəaliyyətinə və mövcud böhranın tezliklə aradan qaldırılmasına köməyinə ümid edirəm”.

Bunlara da bax:

“Ölkənin ilk “publik” hüquqi şəxsidir”

Əkrəm Həsənov palatanın hüquqi statusuna da toxunub:

“Ölkənin ilk “publik” hüquqi şəxsidir (fransızcadan çevirəndə, “xalqla bağlı”, “ictimai”, “cəmiyyətə aid”, “Hər kəsin bildiyi” və s. bənzər mənaları verir – red.). “Publik hüquqi şəxs” bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus hüquqi şəxslərin (məktəb, xəstəxana, kitabxana və s.) status problemi var. Onların çoxu, yəqin ki, yaxında ictimai hüquqi şəxslər olacaq».

Vahid qurumun maliyyə nəzarətini artıracağını söyləyən ekspert Nicat Hacızadə prezidentin bir-birini təkrarlayan qurumların ləğvinə dair çağırışına da toxunur:

“Struktur dəyişikliyinin xərcləri azaldacağı ilə bağlı fikirlər inandırıcı deyil, çünki yeni yaranan qurumun öhdəsində yetərincə öhdəlik var: qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi”.

“Çevik idarəetmə sayılır...”

Nicat Hacızadə bu qurumda çox sayda ştatın da olacağını düşünür: “Axı palatanın yuxarıda qeyd olunan məsələlərə az əməkdaşla nəzarət etməsi elə inandırıcı deyil. Amma istənilən halda çevik idarəetmə sayılır və ümid edirəm ki, Azərbaycanda maliyyə, xüsusən qiymətli kağızlar bazarının inkişafına öz töhfəsini verəcək». (Son)

«Qapımız zibil poliqonuna açılır...»
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Bunlara da bax:
XS
SM
MD
LG