Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:08

Gözəl Bayramlı 3 ay müddətinə həbs edilib


Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

Mayın 26-sı gecə saatlarında Səbail Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə məhkəmə prosesindən sonra vəkil Elçin Sadıqov məlumat verib.

“Gözəl Bayramlı məhkəmədə bildirdi ki, həmin pulu onun əşyalarının arasına hüquq-mühafizə orqanlarının əməkdaşları atıblar. Biz məhkəmə qarşısında vəsatət qaldırdıq ki, həmin pulların üzərində əl izləri ilə bağlı ekspertiza keçirilsin. Ancaq məhkəmə Gözəl Bayramlı haqqında qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatı qəbul etdi. Gözəl Bayramlı çıxışında bildirmişdi ki, məhz siyasi fəaliyyətinə görə, ona şər atılıb”

Vəkil Elçin Sadıqov deyib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.

AXCP sədrinin müavini Gözəl Bayramlı məhkəməyə qədər azı 3 ay həbsdə qalacaq. Bu məhkəmədə də ittihamın sübuta yetirildiyi bəyan edilərsə, ona 5 ilə kimi həbs cəzası verilə bilər.

ARDI AŞAĞIDA....

Vəkil: Ölkəyə pul gətirib-aparmayla bağlı cinayət məsuliyyəti yoxdur.
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı haqqında həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

“Mən hazırda Səbail Rayon Məhkəməsinə gedirəm. Gözəl Bayramlı da ora gətirilir. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib ”- deyə vəkil vurğulayıb.

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidməti (DSX) də bu gün, mayın 26-da Gözəl Bayramlının saxlanması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 25-i G.Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıb:

“Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb”.

Məlumatda vurğulanırdı ki, ilkin araşdırmalarla mayın 24-də Azərbaycandan Gürcüstana gedərkən onun üzərində bəyan edilməli olan nağd pul vəsaiti müəyyən edilməyib.

AXCP-dən verilən açıqlamaya görə isə, Gözəl Bayramlı saxlanarkən bildirib ki, hüquq-mühafizə əməkdaşlarının özləri onun əşyalarının arasına «nəsə» atıblar.

Partiya bunu qadın siyasətçinin şərlənməsi kimi dəyərləndirir.

Buna da bax...

'Ölkədən 48 milyardı oğurlayıb çıxaranlar...'
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

XS
SM
MD
LG