Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:39

Keçmiş ABŞ komandanı Ukraynanın gələn yayadək qalib gələcəyini düşünür


General Ben Hoces
General Ben Hoces

General hesab edir ki, qarşıdan gələn qış aylarında Ukrayna qüvvələri düşməndən daha əlverişli mövqelərdə olacaq

Cəbhə xəttinin müxtəlif sektorlarında əks-hücum tempinin azalmasına baxmayaraq Ukrayna Silahlı Qüvvələri hələ də irəliləyişi davam etdirir və işğal olunmuş əraziləri tədricən azad edir.

ABŞ ordusunun keçmiş komandanı Ben Hocesin fikrincə Ukrayna torpaqlarının işğaldan tam azad olunması 2023-cü ilin yayınadək başa çatacaq.

General hesab edir ki, qarşıdan gələn qış aylarında Ukrayna qüvvələri düşməndən daha əlverişli mövqelərdə olacaq.

Hoces “Amerikanın səsi” radiosuna müsahibəsində bunu həm də ukraynalıların öz torpaqlarında döyüşməsi və arxada dinc əhalinin olması ilə izah edib:

“Ukrayna öz suverenliyini, əlbəttə Krım da daxil, bütün ərazisi üzərində bərpa edəcək. Mən gözləyirəm ki, bu, gələn ilin yayınadək baş verəcək. Lakin hələ buna qədər, bu ilin sonuna qədər Ukrayna Silalı Qüvvələri Rusiya ordusunu onun fevral ayında olduğu xəttədək geri oturdacaq. Bundan sonra isə onlar Krımın azad olunması üçün lazımi addımları götür-qoy edəcəklər”.

Ukraynaya müttəfiqlərin tankları lazımdır

Təqaüddə olan ABŞ generalı deyib ki, hər iki ordunun yaxın aylarda qarşılaşacağı sərt hava şəraitinə baxmayaraq, ukraynalılar motivasiya və Qərb partyorlarınn dəstəyi sayəsində üstünlüyə malikdirlər:

“Ukrayna ordusu öz ölkəsinin hüdudları daxilində döyüşür və arxasında doğma əhalisi var. Bundan başqa 50-yədək ölkə əzmlə Ukraynanı ona lazım olan bütün imkanlarla təmin etmək istəyir. Bura qış uniforması və avadanlıq da daxildir. Eyni zamanda Rusiyanın təchizat sistemi tükənir və onlar orduya hazırlıqsız, təlimsiz və intizamsız adamları göndərirlər. Bu, onların çətinliyini yalnız artıra bilər”.

Ermənistanda itkin düşmüş 29 əsgərin yaxınları cavab gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

General əlavə edib ki, öz ərazilərini daha tez azad etməsi üçün Ukraynanın müttəfiqlərin tanklarına ehtiyacı var.

Onun fikrincə bu tankların Ukraynaya çatdırılmasının çətinliyi barədə bəyanatlar şişirdilib və ikinci plana keçirilməlidir.

XS
SM
MD
LG