Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 14:47

Bəxtiyar Hacıyev hədələndiyini bildirir


İctimai fəal prezidenti məhkəməyə verdi
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

İctimai fəal prezidenti məhkəməyə verdi

Deputatlığa keçmiş namizəd, ictimai fəal Bəxtiyar Hacıyev bildirir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi onu hədələyib.

B.Hacıyev qeyd edir ki, onun polisə 50 gün əvvəl verdiyi şikayətinə baxılmadığına görə Daxili İşlər naziri Vilayət Eyvazov barədə Facebook-da tənqidi rəy yazıb.

Fəalın vurğulamasına görə, dünən, sentyabrın 9-da onu həmin idarəyə aparıblar və idarə rəisi ona psixoloji təsir göstərmək istəyib. B.Hacıyevin sözlərinə görə, ona deyib ki, Facebook-da statusu silməsə, həbsdən artıq cəza alacaq.

İctimai fəal evə qayıdarkən tənqidi statusunu silmədiyini açıqlayıb.

Bu məsələ ilə bağlı "Turan"ın sualına cavab verən Daxili İşlər Nazirliyinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə ictimai fəalın hədələnməsi barədə dediklərini "həqiqətəuyğun olmayan cəfəngiyat" adlandırıb.

Xatırlatma

Harvard Universiteti məzunu olan B.Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG