Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:56

Platini və Blatterdən aldıqları pulu qaytarmaq tələb olunur


Sepp Blatter (solda) və Michel Platini 2015-ci ildə
Sepp Blatter (solda) və Michel Platini 2015-ci ildə

Dünya futboluna rəhbərlik edən qurum – FIFA, təşkilatın keçmiş prezidenti Sepp Blatter və Avropa futbol klubları assosiasiyası UEFA-nın keçmiş başçısı Michel Platiniyə qarşı iddia ilə İsveçrə məhkəməsinə müraciət edib.

FIFA 8 il əvvəl Blatterin Platininin hesabına köçürdüyü 2 milyon dolların təşkilata qaytarılmasını tələb edir.

Bu hadisəyə görə 2015-ci ildə onların fəaliyyətləri dayandırılıb, Blatter isə istefa verməli olub.

Ümumilikdə 14 futbol rəsmisinə qarşı korrupsiya ittihamları irəli sürülüb. Platini və Blatter bir neçə dəfə dindiriliblər, lakin onlara qarşı ittiham irəli sürülməyib.

Media xəbərlərinə görə korrupsiya işi Rusiyada və Qətərdə keçirilməli olan dünya çempionatları ilə əlaqədar idi.

Bəzi iddialara görə hər iki ölkə çempionata ev sahibi olmaq üçün rüşvət verib.

Bu da xüsusi vurğulanırdı ki, Qətər orada heç bir futbol infrastrukturunun olmamasına, iqlim şəraitinin çempionat üçün əlverişsiz olmasına baxmayaraq çempionatın ev sahibliyinə yiyələnib.

Bu ölkədə havaların son dərəcə isti olduğuna görə çempionat yayda yox, noyabr-dekabr aylarında keçirilməlidir.

Qətər çempionatına hazırlıq da insan haqları təşkilatları tərəfindən tez-tez tənqid olunur.

Çempionatın obyektlərində çalışan işçilərin hüquqların kobud şəkildə pozulduğu deyilir.

Lakin FIFA-nın bu şikayətlərlə bağlı apardığı təhqiqat bu informasiyanı təsdiqləməyib.

XS
SM
MD
LG