Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:45

Bloqqer Lapshin azadlıqda, o bir gün əvvəl intihara cəhd edibmiş


Aleksandr Lapshin Belarusdan Azərbaycana ekstradisiya olunan zaman. 7 fevral, 2017
Aleksandr Lapshin Belarusdan Azərbaycana ekstradisiya olunan zaman. 7 fevral, 2017

Penitensiar Xidmət: “A.Lapshin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərərək…”

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bloqqer Alexander Lapshinlə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, A. Lapshin cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib.

“ Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapshinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib.

İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapshin həkim nəzarətində olub. Tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib.Sentyabrın 10-u A.Lapshin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və ona lazımi tibbi yardım göstərilib”

Məlumatda vurğulanır ki, bu gün sentyabrın 11-i prezidentin sərəncamına əsasən A. Lapshin əfv edilib.

Açıqlamaya, hələlik, bloqqer A.Lapshin və ya vəkillərindən münasibət lamaq mümkün olmayıb.Prezident Alexander Lapshini əfv edib. Bloqqerin intihara cəhd etdiyi bildirilir...

Prezidentin İlham Əliyev bu gün, sentyabrın 11-i bloqqer Alexander Lapshini əfv edib. Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib.

Buna da bax: Lapşin 3 il azadlıqdan məhrum edildi

Onun deməsinə görə, sərəncama müvafiq olaraq, Lapshin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək.

Buna da bax: Lapşinin məhkəməsində Şuşa məcburi köçkünləri danışıb

Əli Həsənov onu da bildirib ki, Lapshin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail hökumətinə təhvil verilməsi məsələsi iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu.

“Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab prezidentin əfv sərəncamından sonra Azərbaycan hökuməti Lapshini İsrail tərəfinə təhvil verir. O, bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən ( sentyabrın 10-u) xoşagəlməz bir hadisə yaşanıb. Lapshin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb. Təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapshin həkim nəzarəti altında müalicəsini davam etdirir”.

Buna da bax: Lapşin son sözünü dedi

Əli Həsənov qeyd edib ki, prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lashininn ekstradisiya məsələsi ilə Azərbaycan Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur.

Penitensiar Xidmət: “A.Lapshin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək…”

Ədliyyə nazirliyinin penitensiar xidməti bloqqer Alexander Lapshin-inlə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, A. Lapshin cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib.

“Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapshinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib. İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapshin həkim nəzarətində olub. Tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib. Sentyabrın 10-u A.Lapshin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və ona lazımi tibbi yardım göstərilib”.

Məlumatda vurğulanır ki, bu gün sentyabrın 11-i prezidentin sərəncamına əsasən A. Lapshin əfv edilib.

Açıqlamaya, hələlik, bloqqer A.Lapshin və ya vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Alexander Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. Rusiyanın hakimiyyət təmsilçiləri da onu ekstradisiya etmək istəyini dilə gətiriblər.

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Buna da bax: Lapşinin məhkəməsi qarşısında 2 yaşlı Zəhranın fotoları çıxarıldı

Bundan başqa, Lapshinin özünün puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Həmçinin, vurğulanır ki, O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunan Lapshin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Buna da bax: Alexander Lapshin İsrailə verilə bilər

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum edib.

Hökmə görə, Lapshin-ə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG