Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:02

Koronavirusu ‘saymayan’ prezident də yoluxdu


Koronaviruslu xəstə: ‘Boğuluram, gəlib aparmırlar’. Prezidentsə deyir, boş yerlər var
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Koronaviruslu xəstə: ‘Boğuluram, gəlib aparmırlar’. Prezidentsə deyir, boş yerlər var

Braziliya prezidenti Jair Bolsonaronun koronavirus testi pozitiv çıxıb.

O iyulun 6-da, özünü narahat hiss etdiyinə görə dördüncü dəfə testdən keçirdi.

Həmin gün prezident qızdırması olduğunu və öskürdüyünü bildirmişdi.

Bundan əvvəl cənab Bolsonaro dəfələrlə COVID-19-a yoluxma riskinə əhəmiyyət vermədiyini bəyan etmiş, bunun “adi qrip” olduğunu demişdi.

O ölkəsində karantin elan edilməsinə qarşı çıxır və iddia edirdi ki, iqtisadiyyatın dayanması ölkə üçün daha ağrılı nəticələr verə bilər.

Bolsonaro iyulun 7-də televiziya müsahibəsində demişdi ki, qızdırması vardı, amma sonra hərarəti düşüb və özünü “çox yaxşı” hiss edir.

Braziliya prezidentinin 65 yaşı var və yüksək risk qrupuna daxildir.

O bunu da deyib ki, ABŞ prezidenti Donald Trump-ın təriflədiyi dərmanı – hidroksixlorikini və azitromitsin antibiotikini qəbul edir.

Bu preparatlardan heç birinin koronavirusa qarşı effektivliyi sübut olunmayıb.

Bolsonaronun təmasda olduğu adamların çevrəsi müəyyənləşdirilir.

Xəstə: 'Niyə məni aparmırlar, evdəkiləri də yoluxdurum?'
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

DST rəsmisi: “Bu hamıya mesaj olmalıdır”

Dünya Səhiyyə Təşkilatının icraçı direktoru doktor Mike Ryan prezident Bolsonaroya tez sağalmasını arzu edib.

Lakin o əlavə edib ki, “bu, hamı üçün mesaj olmalıdır: biz hamımız virusun qarşısında zəifik”.

Ötən apreldə Bolsonaro demişdi ki, o hətta koronavirusa yoluxsa belə, bundan narahat olmayacaq, çünki bunu, “yüngül qrip” və ya “soyuqdəymə” kimi keçirəcək.

Amma o vaxt Braziliyada COVID-19-la bağlı ölümlər günə 3 min idi. İndi bu rəqəm 40 minə çatıb.

Prezident bundan əvvəl də arxayınlaşdırıcı mesajlar verirdi. O martın 11-də demişdi ki, koronavirusdan daha ölümcül qrip virusları var.

Bolsonaro martın 18-də bildirmişdi ki, Braziliyanın iqlimi tropik olduğundan ölkə az qala pandemiyanın sonuna çatıb.

O izah edirdi ki, guya virus isti iqlimlərdə sürətlə yayıla bilmir.

Prezident çimərliklərin bağlanmasını və maska taxılmasının məcburiləşdirilməsini “diktatura tədbirləri” adlandırırdı.

“Vətəndaşlara pis nümunə”

Braziliyanın bir çox yerlərində qaydaların maska taxılmasını tələb etməsinə baxmayaraq prezident son günlər iştirak etdiyi çoxsaylı ictimai tədbirlərdə maskasız görünürdü.

Ötən bazar günü ölkənin xarici işlər naziri Ernesto Araújo-nun sosial mediaya post etdiyi fotoda onun prezident Bolsonaro və dostları ilə birlikdə ABŞ səfirliyində Müstəqillik gününü qeyd etdikləri görünür.

Fotodakıların heç biri maska taxmayıb və fiziki məsafəyə əməl etmir.

Həmin tədbirdə iştirak edən ABŞ səfiri Bolsonaro və başqaları ilə iyulun 4-də nahar etmişdi.

ABŞ səfirliyi bildirib ki, səfirdə COVID-19-un simptomları yoxdur amma o test verəcək.

ABŞ səfiri Todd Chapman də özünün prezident Bolsonaro ilə həmin gün çəkdirdiyi fotonu post edib.

Hazırda Braziliya prezidenti “vətəndaşlara pis nümunə göstərdiyinə” görə sosial mediada kütləvi şəkildə pislənir və tənqid olunur.

Son məlumatlara görə Braziliyada indiyədək 1 milyon 623 min 284 nəfər koronavirusa yoluxub və indiyədək 65 min 487 nəfər vəfat edib.

Ölkədə təkcə son 7 gün ərzində 250 min yeni yoluxma qeydə alınıb və 7173 nəfər dünyasını dəyişib.

Reuters agentliyi yazır ki, iyulun 7-də telekanallara müsahibə verən Bolsonaro maska taxmışdı, amma sonda maskasını çıxarıb və deyib:

“Mənim üzümdən görürsünüz ki, yaxşıyam və sakitəm”.

XS
SM
MD
LG