Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:53

BP: Bu ilin sonunədək Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq


Trans-Adriatik Kəmərinin Bolqarıstan sektoru
Trans-Adriatik Kəmərinin Bolqarıstan sektoru

BP neft şirkəti bu ilin sonunadək Azərbaycan qazının Avropaya nəqlinə başlanacağını bir daha təsdiqləyib.

Reuters agentliyi yazır ki, bu bəyanat Dağlıq Qarabağda hərbi əməliyyatların intensivləşdiyi bir vaxta təsadüf edir.

BP Cənub Qaz Dəhlizinə daxil Trans-Adriatik Kəmərinin (TAP) payçılarından biridir.

Bu kəmər Xəzər dənizindəki Şahdəniz yatağından çıxarılan təbii qazı Avropaya nəql etməlidir.

Şirkət bildirib ki, TAP qaz kəmərinin birləşdirici aralıq kəmərləri bu ilin noyabr ayınadək hazır olacaq:

“Bu, Şahdəniz konsorsiumuna Azərbaycan qazını İtaliya, Yunanıstan və Bolqarıstana çatdıracaq kəmərin 25 illik istismarına başlanması üçün tələb olunan son addımların atılmasına imkan verəcək”.

Bu kəmərin 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Azərbaycanın Xəzərdəki nəhəng Şahdəniz II yatağından təbii qazın Avropa İttifaqına nəqlinə imkan verəcək.

Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir və Qərbin Rusiyadan enerji asılılığını azaltmalıdır.

Cənub Dəhlizi tam başa çatdıqdan sonra Türkiyə ilə 6 milyard kubmetr Azərbaycan qazı alacaq. Avropa İttifaqı üçün ilə 10 milyard kubmetr qaz verilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG