Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:47

Britaniya Rusiyanın neft və qaz gəmilərinə sanksiyalar qoyub


Rusiyanın maye qaz daşıyan tankerləri (Arxiv fotosu)
Rusiyanın maye qaz daşıyan tankerləri (Arxiv fotosu)

Britaniya sentyabrın 26-da Rusiyanın təbii maye qazını daşıyan beş gəmisinə və onların bağlı olduqları şirkətlərə qarşı sanksiyalar elan edib.

Reuters agentliyinin məlumatına görə Britaniya hökuməti xatırladıb ki, London bu il ABŞ və Avropa İttifaqından olan müttəfiqləri ilə birlikdə Rusiyanın “Arktik SPG 2” layihəsinə sanksiyalar qoyub.

Layihə bu sanksiyalara görə hasilatı azaltmağa məcbur olub.

Britaniya hökumətinin bəyanatında deyilir ki, sentyabrın 26-da elan edilən sanksiyalar bu qərara əsaslanır və maye qaz istehsalı sahəsinin gələcəyi üçün mühüm rol oynayan əsas iştirakçıları hədəfləyir və bununla da Putini Ukraynada apardığı müharibə üçün ən mühüm gəlir mənbələrindən məhrum edir.

Bu da xəbər verilir ki, Rusiyanın White Fox Ship Management və Ocean Speedstar Solutions şirkətləri yeni sanksiyaların hədəfləri sırasındadırlar.

Qanunsuz daşıma metodları

Bundan başqa siyahıda Asya Energy, Pioneer, North Sky, SCF La Perouse və Nova Energy adlı maye qaz daşıyan gəmilər də var.

Reuters yazır ki, bu ay bundan əvvəl Britaniya Rusiyanın “kölgə donanmasına” daxil onadək gəmiyə sanksiyalar qoymuşdu.

Qeyd edilir ki, bu tankerlər Rusiya neftinə qoyulmuş Qərb sanksiyalarından yan keçmək üçün qanunsuz metodlara əl atırlar.

Moskva Qərbin Rusiyanın enerji ehtiyatları ixracatını məhdudlaşdıran tədbirlərini tənqid edir.

Reuters yazır ki, ötən il Qərb operatorları tərəfindən tənzimlənməyən və ya sığortalanmayan Rusiya yük gəmilərinin sayı xeyli artıb.

XS
SM
MD
LG