Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:50

İŞİD “5 Britaniya casusunun edam videosu”nu yayıb


Videonun araşdırılması davam edir
Videonun araşdırılması davam edir

Britaniya mətbuatı yazır ki, bu video məşhur İŞİD cəlladı “Cihadçı John”un məhv edilməsindən sonra ona əvəz tapıldığını göstərən təbliğatdır

İslam Dövləti adlandırılan təşkilata aid edilən videoda “London üçün casusluq etmiş beş nəfərin” edam edildiyi iddia olunur.

Bu videonun “aparıcısı” qismində bir kişi və azyaşlı oğlan çıxış edirlər. Videodakı kişi İngiltərə ləhcəsi ilə danışır.

Cameron-a hədə

11 dəqiqəlik videodakı şəxs Britaniyanı basqınla hədələyir və bunun baş nazir David Cameron üçün mesaj olduğunu söyləyir.

Yeni videoda maskalı cihadçı ekstremist qruplaşmaya qarşı çıxmağa cəsarət etmiş Cameron-u məsxərəyə qoyur və “sənin torpağın fəth ediləcək” deyir

Bundan sonra kadrlarda balaca oğlan görünür və “kafirlərin edamı”ndan danışır.

Britaniya Xarici İşlər Nazirliyi videonu araşdırdığını bildirib.

Yeni videoda maskalı cihadçı ekstremist qruplaşmaya qarşı çıxmağa cəsarət etmiş Cameron-u məsxərəyə qoyur və “sənin torpağın fəth ediləcək” deyir.

Bundan sonra beş nəfər kombinezon geyinmiş şəxsin başlarının arxasından güllə ilə vurulub öldürüldüyü göstərilir.

Hansısa səhrada çəkilmiş videoda həmin şəxslər öldürülməzdən əvvəl casus olduqlarını etiraf edirlər.

BBC Dünya xidmətinin müxbiri və vaxtilə İslam ekstremistlərinin əsirliyində olmuş Alan Johnston deyir ki, videodan bu adamların “dəhşətli qorxu keçirdikləri” və “çox güman tamamilə günahsız olduqları” görünür.

Edam olunanlar müsəlmandır

“Casus”lardan biri etiraf edir ki, ona İŞİD döyüşçülərinin yerlərini xəbər etmək tapşırılıbmış. Guya bu, aviasya zərbələrinin tuşlanması üçün lazımmış.

"Yeni Cihadçı John"
"Yeni Cihadçı John"

5 nəfərdən bəziləri Raqqa şəhərindən olduqlarını blldirirlər. Bir nəfər Benqazidən olduğunu deyir.

Britaniya mətbuatı yazır ki, bu video heç şübhəsiz məşhur İŞİD cəlladı “Cihadçı John”un (Mohammed Emwazi) məhv edilməsindən sonra ona əvəz tapıldığını göstərən təbliğatdır.

Yeni videodakı şəxs də eynən onun kimi maskalanıb və onun tərzində danışır.

Emwazi-nin iki ay bundan əvvəl dron zərbəsi ilə Raqqada öz avtomobilinin içində öldürüldüyü xəbər verilmişdi.

Mətbuat həmçinin yazır ki, İŞİD-in bu videonu buraxmasına səbəb təşkilatın son həftələrdə döyüş meydanlarında düçar olduğu bir sıra ağır məğlubiyyətlərdir.

Videoda edamları göstərilən şəxslərin hamısı dini mənsubiyyət baxımından müsəlmandır.

XS
SM
MD
LG